Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Tramp Türkiyəyə gəldi, namaz qıldı" - FETÖ-nün yuxusu

"Tramp Türkiyəyə gəldi, namaz qıldı" - FETÖ-nün yuxusu

Amerikadan Fətullah Gülənlə bağlı GÖZLƏNİLMƏZ AÇIQLAMA: "Tramp onu..." (20 Fevral 2017 16:44)
"Tramp Güləni Türkiyəyə verə bilər" - ABŞ səfiri (20 Fevral 2017 16:27)
Baş nazir CİA başçısından Güləni tələb etdi (10 Fevral 2017 13:43)

Tarix: 14 Noyabr 2016 12:52

FETÖ üzvlərinin saxlanıldığı həbsxanada onların bir-birlərinə yazdığı məktublar polisin əlinə keçib.

Əldə edilən məktublarda məhkumların bir-birlərinə yuxularını danışmaqla özlərinə təsəlli vermələri aşkar şəkildə görünür.

Milli.Az Anadolu agentliyinə istinadla xəbər verir ki, təşkilatın həbsxanadakı üzvünün dostuna yuxusunu danışdığı məktubda yazılıb:

"Dünən gecə qəribə yuxu gördüm. Gördüm ki, Tramp Amerikanın prezidenti seçilir. Sonra o, Türkiyəyə rəsmi səfərə gəlir. Tramp məscid ziyarəti edir. Mən yoldaşıma "İslamofobiya barəsində pis imicini düzəltmək üçün belə edir" deyirəm.

O, eybəcər görünür, iri bədənlidir, amma saçları qaradır. Mən dostuma "Televizorda görəndə saçları sarı idi, rənglədib" deyirəm.

Sonra Tramp namaz qılır. Lakin diqqətimi çəkən bir an olur. O, namaz qılarkən rükü və səcdəyə əyilmir. Deyəsən, cənazə namazı qılır.

Səhər oyandım. Televizora baxanda dedilər ki, Tramp Amerikanın 45-ci prezidenti seçilib".

Bəxtiyar Umarlı
Milli.Az


Teqlər:  Tramp Türkiyəyə gəldi namaz qıldı FETÖ-nün yuxusu



RƏYLƏR


Top xəbərlər