“Prosineçkinin dədəsi də gəlsə, onları “İnter”dən apara bilməz”

“Prosineçkinin dədəsi də gəlsə, onları “İnter”dən apara bilməz”
12:57 14 Noyabr 2016
70 İdman
Ölkə mətbuatı
A- A+

“İnter”in 4 futbolçusuna millimizin baş məşqçisi Robert Prosineçki tərəfindən “gedin, “Neftçi”də oynayın” deməsi haqqında xəbərlər dolaşır. Sportinfo.az saytının yazdığına görə, xorvatiyalı çalışdırıcı xüsusən qapıçı Səlahət Ağayevə israrla “ağ-qaralar”a keçməsini söyləyib. 


Lakin “Futbol+” qəzetinə danışan “İnter”lilər bunu təkzib ediblər. Tərlan Quliyev Prosineçkinin belə söz demədiyini bildirsə də, Elxan Abdullayevin onları “Neftçi”də görmək istədiyini deyib: “Prosineçki ilə belə söhbətimiz olmayıb. Onun köməkçisi Elxan Abdullayev bizi sərəncamında görmək istəyirdi. Bununla bağlı söhbət olmuşdu. Amma mənim verəcəyim qərar məsələni həll etmir. “İnter”ə 2017-ci ilin yayına qədər transfer qadağası qoyulub. Belə halda getsək, komandanı yarıyolda qoymuş olarıq. Heç rəhbərlik də bizi buraxmaz”.


“İnter”in sabiq prezidenti, komandanı yenidən dirçəldən Rəşad Qasımov da məsələyə belə münasibət bildirib: “Mən bunu ilk dəfə sizdən eşidirəm. Rəsmi heç nə yoxdur. Amma olubsa, çox biabırçı hadisədir. O futbolçuların hamısının 2017-ci ilin yayına qədər “İnter”lə müqaviləsi var. İki tərəfin razılığı olmadan münasibətlərə xitam vermək olmaz. Prosineçkinin dədəsi də gəlsə, onlar komandadan apara bilməz. Hər kəsin öz vicdanı var və vicdanına görə davranır”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-prosineckinin-ddsi-d-gls-onlar-nterdn-apara-bilmz-t54138.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR