Azərbaycan - Almaniya oyununun yeri rəsmən dəyişdirilib

Azərbaycan - Almaniya oyununun yeri rəsmən dəyişdirilib
13:12 14 Noyabr 2016
80 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Bakıda Azərbaycan və Almaniya yığmaları arasında keçiriləcək oyunun yeri dəyişdirilib. 
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionuna təyin edilib.
Daha əvvəl bu oyunun Bakı Olimpiya Stadionunda (BOS) təşkili nəzərdə tutulmuşdu. Lakin 2017-ci il IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar BOS-da müvafiq təşkilati işlərin həyata keçiriləcəyi nəzərə alınaraq, bu addım atılıb. Məsələ ilə bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət ünvanlanıb.
Qeyd edək ki, Azərbaycan - Almaniya oyunu martın 26-da keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-almaniya-oyununun-yeri-deyisdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR