Çində dolların məzənnəsi 7 illik maksimuma çatıb

Çində dolların məzənnəsi 7 illik maksimuma çatıb
13:32 14 Noyabr 2016
293 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Çinin nağd valyuta bazarında ABŞ dollarının orta məzənnəsi 6,845 CNY/USD-yə yüksələrək son 7 ilin maksimal həddinə çatıb. "Report"un analitik qrupu xəbər verir ki, bu, 2009-cu il martın 2-dən etibarən qeydə alınan ən yüksək göstəricidir. 
Qeyd edək ki, 2008-ci ilin iyun ayından 2010-cu ilin iyununa qədər məzənnə 6,81-6,89 CNY/USD diapazonunda hərəkət edib. Analitik qrup hesab edir ki, dolların məzənnəsinin 6,90 CNY/USD-ni keçməsi dolların Çində 8,30 yuana qədər bahalaşmasına səbəb olacaq. Xatırladaq ki, CNY/USD məzənnəsi 2003-cü ildən başlayaraq 8,30-dan 2008-ci ildə 6,90-a qədər azalıb.
"Çində dolların möhkəmlənməsinə səbəb bu ölkənin iqtisadiyyatının artım tempinin getdikcə yavaşlaması, ABŞ-da uçot dərəcəsinin artması ehtimallarının güclənməsi, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Çinə qarşı əlavə gömrük idxal rüsumlarını tətbiq edəcəyini açıqlaması və s. amillər göstərilir. İlin sonuna qədər CNY/USD məzənnəsinin 7,00-a çatacağını, 2017-ci ildə isə 7,50-yə qədər arta biləcəyini ehtimal edirik", - deyə Agentliyin analitikləri əlavə ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/analitika/cinde-dollarin-mezennesi-7-illik-maksimuma-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR