3 yaşlı uşağı maşın vurdu

3 yaşlı uşağı maşın vurdu
13:32 14 Noyabr 2016
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qamışovka kəndi ərazisində qeydə alınıb. Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan minik avtomobili yolu keçmək istəyən piyada, 2013-cü il təvəllüdlü Elmar Nazim oğlu Əmənovu vurub.

Xəsarət almış azyaşlı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Zəruri tibbi yardımdan sonra onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/489221.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR