Trampa ən gözəl cavabı Mərvə verdi - FOTO

Trampa ən gözəl  cavabı Mərvə verdi - FOTO
13:37 14 Noyabr 2016
251 Maraqlı
Ölkə mətbuatı
A- A+

Hələ 2015-ci ildə, prezidentliyə namizədliyi irəli sürülmədən öncə milyonçu Donald Tramp (ABŞ-ın indiki prezidenti) NBC News telekanalına qalmaqallı bəyanatla çıxış edib.  Çıxışında o qeyd edib ki, ABŞ-da müsəlmanlar üçün məlumatlar bazasını, eləcə də "onları izləmək üçün digər sistemlər də"  yaratmaq lazımdır.

Milli.Az 1news.az-a istinadən xəbər verir ki, milyonçunun bu bəyanatı müsəlmanları əsəbləşdirib. Eləcə də, müsəlmalar üçün xüsusi kartlar, onların şəxsiyyətini və dinini təsdiq edən sənədin olması müsəlmanların ikinci dərəcəli insan olması kimi göstərilir. Bu haqda heç kəs susmadı. Lakin gənc müsəlman xanımın Trampa cavabı daha tutarlı oldu:       

"Hörmətli @realdonaldtrump. Mənim adım Mərvədir və mən müsəlmanam. Eşitmişəm ki, siz bizim üçün ID-işarə düzəltdirmək istəyirsiniz. Buna görə də birini özüm üçün seçmək qərarına gəldim. Mənə baxarkən müsəlman olduğum bilinmir (hicabsız olduğunu nəzərdə tutur). Lakin bu işarə ilə müsəlman olduğumu fəxrlə nümayiş etdirəcəyəm. Mən sülh işarəsini seçmişəm, çünki bu işarə İslamı tərənnüm etdirir.

İslam - mənə ədalətsizliyə sinə gərməyi və birliyi öyrədib. İslam mənə günahsız bir heyvanın ölümünü bütün bəşəriyyətin ölümünə bərabər olduğunu öyrədib. Eşitmişəm ki, siz bizi izləmək istəyirsiniz. Möhtəşəm! Siz mənimlə yerli məktəbdəki Cancer Awareness təşkilatına gedə və ya xoşbəxtlik yaymaqla məşğul olduğum iş yerimə gələ bilərsiniz. 

Eləcə də siz yerli məscidə gələrək evsizlər, yeməyə ehtiyacı olanlar üçün hazırlanan sendviç və buterbrodların hazırlanmasına baxa bilərsiniz. Beləcə, mənim sizdən və istənilən amerikalıdan heç nəyilə geri qalmayan insan, müsəlman olduğuma şahid ola bilərsiniz. Mənim addımlarımla gedərkən sizdən heç də fərqlənməyən insan olduğumu görə bilərsiniz. Salam aleykum!"

Mərvənin cavabı sosial şəbəkələrdə çoxlu sayda paylaşılaraq Trampa verilən ən gözəl cavab hesab edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/489211.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR