"Uşağı özüm böyüdürəm, köməyi lazım deyil..." - FOTO

"Uşağı özüm böyüdürəm, köməyi lazım deyil..." - FOTO
13:47 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Milli.Az Müğənni Ayan Babaşikiyevanın qafqazinfoya müsahibəsini təqdim edir:

- Yeni foto-layihə üzərində çalışırsız. Elə biz çəkilişə hazırlıq prosesində sizinlə görüşürük...

- Foto-layihəmə 1 aydır ki, hazırlaşıram. Libasları kataloqlardan seçdik, modelyer Aida Məmmədova hazırlayıb. Fotoları Ruslan Nəbiyev çəkir, stilist Roma isə komandamın daha bir üzvüdür. Paltarlar hazır olandan sonra Bakıya gəldim. Bu gün çəkilişləri edirik. İnanıram ki, uğurlu bir iş ortaya çıxacaq.

- Türkiyəyə yaşamaq üçün köçən ilk müğənnilərdənsən. Orada yaşamaq necədi?

- Düşünürəm ki, ilk addımı atan sənətçiyəm. Çünki İradə İbrahimova ailə qurub Türkiyəyə köçdü. Digərləri də həmçinin... Məndə isə fərqli oldu. Həyatımı dəyişmək üçün, qızım üçün ölkədən getdim. İstədim ki, onun həyatı rahat və gözəl olsun. Qoy, sağlam böyüsün.

Getdim, bir anda hər şeyin üstündən xətt çəkdim. Zamanla alışırsan. Oraya ailəmlə birgə köçmüşəm. Azərbaycana da tez-tez gəlirəm. Türkiyə vətəndaşı olmaq istəmirəm. Azərbaycan vətəndaşıyam, azərbaycanlı olmağımla da fəxr edirəm.

- Əslində, ciddi bir qərar vermisiz. Çətin olmadı?

- Çox düşündüm. Selenanın 3 yaşına az qalıb. Qızım doğulandan köçmək barədə düşünürəm. Sadəcə olaraq, çox fikirləşirdim, doğru addım atdığımı düşünürəm. Azərbaycanlı olaraq rahat həyat yaşamağa alışmışıq. Belə deyək, orta və aşağı təbəqənin insanları ömür boyu yaxşı yaşamaq üçün çalışır. Biz də vaxtı ilə çox əziyyət çəkmişik.

Ancaq əziyyətimizin bəhrəsini görmüşük. İnsanların çox çətinliyi olur, nə qədər çətin yaşasaq da həyat tərzimizi yaxşılaşdırmaq istəyirik. Türkiyə xalqı isə bizim kimi deyil. Düşünürlər ki, işləyirlər, müəyyən məbləğdə pul qazanırlar. Evləri olmasa belə kirayə yaşayırlar, çox rahat olurlar, nəsə işlərini artırmaq, daha çox pul qazanmaq barəsində düşünmürlər. Çalışmırlar ki, evləri və maşınları olsun. Bizim sənətçilərimiz gözəl həyata alışıb.

Onlar bunun üçün çox şeydən keçiblər. Mən Azərbaycanda hər şeyin ən yaxşısına alışmışdım. Demirəm ki, Türkiyədə hər şeyə sıfırdan başladım. Evlər aldıq, maşınımız var, şirkətimizi də qurduq. Ona görə çox rahatam.

- Sadə insanlardan fərqiniz odur ki, müğənnisiz. Sənətçilər isə diqqəti xüsusi sevirlər. Türkiyədə tamaşaçı diqqətindən uzaqsız. Yolda adi vətəndaşlar kimi gəzirsiz və heç kəs sizi tanımır. Bu sizi depressiyaya salmır ki?

- İstər müğənni, istərsə də həkim ol, fərqi yoxdur. Başqa ölkəyə gedəndə səni heç kəs tanımır. Mənim Bakıda xüsusi çevrəm var, dostlarıma zəng vuraraq müəyyən məsələlərdə xahiş edib kömək istəyirəm. Türkiyədə isə heç kəs yoxdur, həyatını sıfırdan başlayırsan.

Çox çətin bir məsələdir. Depressiyanın astanasında idim. Anam, qardaşım və qızım yanımda idi. Onlar mənə imkan vermədilər. Dedilər ki, depressiyaya düşməyə ixtiyarın yoxdur. Vətən həsrəti bir başqadır. Adamın sənəti heç yada düşmür. İstəyirsən ki, Bakının havasını canına çəkəsən. Dost və yaxınlarını istəyirsən. 

- Mətbuatda xəbərlər dərc olundu ki, siz restoranlar şəbəkəsi qurmusuz. Doğrudur?

- Xeyr, "Uluslararası yatırım danışmanı- ihracat-ithalat" ilə məşğulam. Əvvəl restoran işi qurmaq istəyirdim. Gördüm ki, bələd olduğum sahə deyil. Restoran biznesi çox çətindir. Azərbaycanda açsa idim asan olardı. Bəlli dostlarımız, əhatəmiz var. Ancaq burada başqa şirkət açdım. Xarici vətəndaşlar üçün şans yaradıblar. Qanunlar da çox yaxşıdır. Şirkəti rahatlıqla qurdum, aktiv hala gətirmək üçün müəyyən vaxt lazım idi. Əgər xarici bir vətəndaş özünə şirkət açırsa, komandası olmalı idi. Komandanı yığmaq üçün xeyli vaxtım getdi.

- Türkiyədə biznes qurmaq üçün bağ evinizi satmısız?

- Satdım, utanmadan deyirəm. Nəinki, bağ evi, avtomobillərimi də satmışam. Şəhərdəki evimin birini də sataraq maliyyəmi ora yatırdım. Özümü ağıllı qadın hesab edirəm. Hər sənətçinin bir xüsusiyyəti var. Kimisi sənətinə, kimisi də geyimlərə çox pul xərcləyir. Fikir verin, sənətimə maliyyə ayırsam da, ətrafımda heç vaxt tanınmış prodüser olmayıb. İstəməmişəm, onlara söz atmaq fikrində də deyiləm. Onlar mənə deyəcəklər ki, maliyyə ayır, layihə reallaşdıraq. Həmin layihələri mən də edə bilərəm. Heç vaxt bu səbəbdən toy və layihə üçün prodüserlərlə əməkdaşlıq etməmişəm. Hamıdan da gözəl ağlım var.

Durub bədxərclik etməmişəm. Günümüzün tələbatına uyğun layihələr reallaşdırmışam. İnanın, mənim çəkildiyim bir fotosessiya, Heydər Əliyev adına Sarayada konsert verən bəzi müğənnilərdən daha çox effekt verir. Ağıllı davranmaq lazımdır. Vaxt var idi, brend arxasıyca qaçırdım. İndi isə tamam fərqlidir. Heç kim deməsin ki, filankəsin "şotuna" hər şeyi etmisən. Mən öz gücümün sayəsində bu yerlərə gəlmişəm.

Bu söhbətləri eşitmək istəmirəm. Deyirlər ki, filankəs mənə köməklik edir. Mənə heç kim köməklik etmir. Övladımı tək böyüdürəm. Doğulandan tək böyütmüşəm, indən belə də heç kim lazım deyil. Burada bəzi şayiələr eşidirəm. Onun pisliyi dəyməsin, köməyi özünə qalsın, məndən uzaq dursun.

- Belə başa düşdüm ki, siz sənəti birdəfəlik atmamısız...

- Xeyr, sənət fəaliyyətimi dondurmamışam. Mən müğənni olmaq üçün çox şeylərdən keçmişəm, əziyyət çəkmişəm. Düzdü, deyə bilmərəm ki, çox şeyləri qurban vermişəm. Belə deməkdən xoşum gəlmir. Nə qurban verdimsə, özüm üçün etdim. Mənim şəraitim gözəl oldu, istədiyim həyatı qurdum. Ona görə də heç kimə qurban verdiklərimin aidiyyatı yoxdu. Rahat bir şəkildə başqa ölkədə işimi qurmuşamsa, əziyyətlərimə dəyər.

- Türkiyədə iş xanımısız, bəs müğənni olduğunuzu deyəndə necə bir reaksiya göstərirlər?

- İlk vaxtlar iş üçün dövlət dairələrinə gedirdim. Sənədləri toplamaq lazım idi. Mənə sual verirdilər ki, orada nə işlə məşğul idiz? Mən də müğənni olduğumu deyirdim. Onlar da təəccüblənirdilər. Deyirdilər ki, biz sizi yutubda tapıb izləyərik. İşimin ciddiliyi müğənnilik fəaliyyətimə təsir göstərməyəcək. Bizim ciddi iclaslarımız olur. İclasdan çıxandan sonra nəfəs alıram. İki Ayan həyatı yaşayıram. Mən zarafatı sevən bir xanımam, iclasda isə zafatları edə bilmirsən.

- Azərbaycana tez-tez gəlmə səbəbin nədir?

-Mənim burada həyatım, işlərim var. Onların üzərindən xətt çəkə bilmərəm. Müğənniyəm, sənətçiyəm. Yeni mahnılar yazdırıram, efirlərə çıxıram. Ehtiyatda mahnılarımın olmağını istəyirəm.

- Röya müsahibəsində demişdi ki, Türkiyədə olanda dostlarını uzaqdan yaxşı görür. Sizdə necədi?

- Bbu sözü həmişə demişəm. Məndən sonra görmüşəm ki, sənətçilər sırf belə cümlələrimi işlədiblər. Dostlarım barmaqla sayılacaq qədərdi. Heç biri məni tək qoymadı. Sevinirəm ki, yanımda oldular. Nə qədər çox dostun oldusa, o qədərdə düşmənlərin çoxalır.

- Belə bir deyim var ki, uzaqda olanda daha qiymətli olursan...

- Düzdü, razıyam. Uzaqda olanda hər şey dəyişir.

- Toy qiymətlərində də dəyişiklik oldu?

- Təbii ki, dəyişiklik oldu. Mən toylardan ötrü Azərbaycana gəlirəm, vaxt ayırıram. Qiymətlərdə dəyişiklik oldu, artım çox oldu.

- Bakıya gələndə oteldə qalırsız? Bütün evlərinizi satmısız?

- Bakıda aldığım ev tam hazır deyil. Özəl əşyalarımı ora yığmışam. Tək gəlmişəm, anam yanımda yoxdu, özüm özümə qulluq edə bilmirəm. Bu səbəbdən oteldə qalmışam.

- Ötən gün yenə sosial şəbəkədə avtomobil fotosu paylaşdız, özünüz-özünüzə hədiyyə etdiyinizi qeyd etdiz...

- Hə, paylaşdım. Söhbət köhnəlməmiş təzələyirsiz. Maşın məndən keçmək istəyirdi, geri qaytardım (gülür). Satmaq istəyirdim, sonra bu fikirdən danşındım.

- Gənc bir xanımsız. Yəqin ki, ailə qurmaq barədə düşnürsüz. Siz də türkiyəli bir bəylə evlənmək barədə düşünmürsüz?

- Mən Türkiyədə yaşayıramsa, qadınlar və kişilər də mənə maraqlı gəlir. Ümumiyyətlə, şəxsi həyat barədə çox da danışmaq istəmirəm. Gözəl qadın hər zaman diqqət mərkəzində olur. Mən də özümü gözəl qadın hesab edirəm.

- Özünü iş qadını, yoxsa müğənni kimi daha çox xoşbəxt hiss edisən?

- Hər ikisində... Yeni sahədə özümü təsdiqləmək üçün vaxt lazımdır. Təcrübə yığmalıyam. Məsələn, mənim qardaşım 7 dil bilir, 7 il də orada yaşayır. Türkiyənin qanunlarını öz millətlərindən yaxşı bilir. Xaricə idxalla məşğuldu. Bu səbbədən özümü tək hiss etmədim, işini bilən biri ilə çalışmağa başladım.

- Bizdə belə bir fikir formalaşıb ki, kimsə özünə iş quranda dost və qohumlarını öz ətrafına toplayır.

- Mən qohumlarımı öz ətrafımdan uzaq tuturam. Səbəbini sizə danışım. Yad insana istədiyini deyə bilərsən. Maaşını verib işini tələb edirsən. Qohum olduqda isə tamam fərqli olur. İşə çox pul qoysan da, biznesin getməyəcək, bir müddət sonra çökəcək. Yad bir şəxsi gətir, işini də tələb et.

Milli.Az









RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

NATO İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək

26 May 2017 05:53

Şəmkirdə at gənc oğlana ağır xəsarət yetirib

26 May 2017 05:42

Lara və Qarnet - FOTO

26 May 2017 05:32

Azərbaycanın qadın voleybolçuları Bolqarıstanda təlim-məşq toplanışını keçirlər

26 May 2017 05:17

ABŞ-da məktəbli avtobusu qəzaya uğrayıb: 11 yaralı

26 May 2017 05:15

Həyətdə paltar yuyan qadına piton hücum etdi

26 May 2017 04:58

91 məhbus həbsxanadan qaçdı

26 May 2017 04:48

Dalğın baxışlı Zoi - FOTO

26 May 2017 04:32

Braziliyada 91 məhbus həbsxanadan qaçıb

26 May 2017 04:22

Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 35 dinc sakin həlak olub

26 May 2017 04:12

Jurnalisti döyən siyasətçi azadlıqdan məhrum edilə bilər

26 May 2017 03:38

Elmar Vəliyev: “Gürcüstana ən çox sərmayə yatıran ölkə Azərbaycandır”

26 May 2017 03:17

Yəmənin cənub-qərbində toqquşmalar davam edir: 38 ölü

26 May 2017 03:15

Heç yerdə görmədiyiniz 15 QEYRİ-ADİ MASA - FOTOLAR

26 May 2017 03:03

NATO İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək

26 May 2017 02:37

Konqressmen Stiv Kohen Azərbaycanın Respublika günü ilə bağlı bəyanat verib

26 May 2017 02:36

Azərbaycan nümayəndə heyəti NATO PA-nın sessiyasında iştirak edəcək

26 May 2017 02:35

Məlahətli Alessandra - FOTO

26 May 2017 02:32

Stella Ediyə çevrildi - FOTO

26 May 2017 02:32

Zukerberq Harvardı tərk etməyindən 12 il sonra elmi dərəcə alıb

26 May 2017 02:22

Gürcüstanın Gəncədəki baş konsulu: “Bu il Bakı-Tiblisi-Kars dəmiryolu xəttinin çəkilişi başa çatacaq”

26 May 2017 02:07

Stratejik əhəmiyyətə malik kəndlər İŞİD işğalından azad edildi

26 May 2017 01:55

NATO İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyaya dəstəyini genişləndirmək barədə qərar qəbul edib

26 May 2017 01:42

Cazibədar Qal - FOTO

26 May 2017 01:32

"Volfsburq" Bundesliqada qalmaq uğrunda ilk qələbəsini qazandı

26 May 2017 01:30

Gəncədə Gürcüstanın Müstəqillik Günü qeyd edilib

26 May 2017 01:22

Cocuq Mərcanlıda 1063 ədəd qəlpə aşkarlanıb

26 May 2017 01:09

Qorxuducu xəritə:

26 May 2017 00:49

46 yaşlı kişi özünə protez əl düzəltdi - FOTOLAR

26 May 2017 00:43

Həmas komandirinin sui-qəsdində şübhəli bilinən şəxs edam edildi

26 May 2017 00:28

NATO-nun sammiti müdafiə və dialoq vasitəsilə Rusiya ilə münasibətlərə doğru yanaşmanı təsdiqləyib

26 May 2017 00:27

MAR-da toqquşma - 300 ölü

26 May 2017 00:18

Cocuq Mərcanlıda 1063 ədəd qəlpə aşkar edilib

26 May 2017 00:12

Viqan şəhərində sapyorların iştirakı ilə polis əməliyyatı keçirilir

26 May 2017 00:08

"Neftçi"nin futbolçusu Gürcüstan yığmasına dəvət alıb

26 May 2017 00:07

Bakı polisi Somalidən gələn idmançıları axtarır

26 May 2017 00:05

Ramazanda ağız qoxusunun qarşısını alan ən yaxşı üsul

26 May 2017 00:05

Günün qoroskopu: hərəkət yoxdursa, nəticə də yoxdur

26 May 2017 00:05

Gəncədə “BMW” ilə qəza törətdi

26 May 2017 00:03

Astroloji proqnoz - 26 may

26 May 2017 00:03

"Moody's" Samir Şərifova etibar edir

25 May 2017 23:57

Trampdan Monteneqro prezidentinə hörmətsizlik -

25 May 2017 23:56

Azərbaycan şərabları Vaşinqton festivalında - FOTO

25 May 2017 23:52

Bu qarışımı qoltuq altına sürtdükdə tüklər birdəfəlik yox olur

25 May 2017 23:52

Müxbiri döyən siyasətçi cəzalanacaq

25 May 2017 23:52

10 yaşında 190 kq - FOTO

25 May 2017 23:50

Piylənmədən ən çox əziyyət çəkən insanlar hansı ölkələrdə yaşayırlar​?

25 May 2017 23:47

"ABŞ maliyyə yardımını azaldarsa"... - BMT

25 May 2017 23:42

“Real” azarkeşləri üçün xüsusi tabut

25 May 2017 23:42

Orqanizmi qısa müddətdə toksinlərdən təmizləməyin YOLU

25 May 2017 23:42