Ayaz Qasımovdan illər sonra ETİRAF: “19 yaşımda xanımlarla…” - MÜSAHİBƏ - FOTOLAR

Ayaz Qasımovdan illər sonra ETİRAF: “19 yaşımda xanımlarla…” - MÜSAHİBƏ - FOTOLAR
13:48 14 Noyabr 2016
106 Şou
Ölkə mətbuatı
A- A+

Çoxdandır görünmür. Amma sosial şəbəkələrdə tez-tez narazı statuslar paylaşır. Kimlərinsə haqqına girməyindən şikayətlənir. Olmaya, xətrinə dəyiblər? Tədbirlərin birində qarşımıza çıxan Ayaz ürəyini boşaltdı.

Ayaz Qasımov Publika.az-a müsahibəsində bir çox qaranlıq mətləblərə aydınlıq gətirəcək.

- Sosial şəbəkədə tez-tez incikliyinizi ifadə edən stutuslarınızla rastlaşırıq. Amma nədənsə ad çəkmirsiniz. Deyəsən sizi bərk incidiblər?

- Bu gün başqasının haqqına girən adamlar çoxdur. Mən sözü yazanda da ünvanlı yazıram və heç kimdən çəkinmirəm. Çünki onların qarşısında gözükölgəli deyiləm, əksinə onlar mənim yanımda gözükölgəlidi. Bunu da açıq şəikldə ifadə edirəm ki, nadan adamlar çoxdur. Yaxşılıq edirsən, amma bunu anlamır. Əslində onlardan qarşılıq gözləmirəm də, amma özlərini bihörmət edirlər.

- Onlar sənət aləmində olan həmkarlarınızdır, yoxsa?

- Aralarında sənət admaları da var. Ümumiyyətlə, həyatdan danışıram, nankor adamlar çoxdur.

- Bir ara efirdə dediniz ki, indən belə səmimi olmayacaqsınız. Yəqin cəmimiyyətinizdən sui-istifadə edənlər çox olub?

- Çox səmimi olanda elə bilirlər zəifsən. O saat özlərini başlayırlar güclü hesab etməyə. Belə bir misal da var: Ədəbli ədəbindən susar, ədəbsiz isə onu susdurdum sanar.

- Yəni mərdi qova-qova namərd edərlər - bunumu demək isətəyirsiniz?

- Məcbur olub dözürsən. Abır-həya, ədəb-ərkanımı gözləyirəm. Bu gün o adamlar heç məni axtarmırlar da. Çünki səhvləri var.

- Adınız şou-biznesin qalmaqal edən müğənnilər siyasında yoxdur.

- Əslində sağlam rəqabət formasında müəyyə qalmaqal da ola bilər. Onun da çərçivəsi olmalıdır. Heç kimin heç kim haqqında artıq-əskik söz deməyə ixtiyarı yoxdur.

- Deyəsən sizin xətrinizə bərk dəyiblər?

- Cılız insan saydığım adamlar var. Bəzən ətrafında elə insanlar olur ki, sənətindən, pulundan istifadə edib, sonradan qəfil yoxa çıxırlar.

- Başqalarını niyə günahlandırırsınız, demək ki, vaxtında dost seçiminiz düzgün olmayıb…

- Vaxtilə mələk üzlü dostlar olub. Hansı ki, onları mən seçməmişdim, özləri mənimlə dostluq etmək üçün yaxınlaşmışdılar. Artıq nəticə çıxardım. Elə insanları yaxınıma buraxmıram. İndi onlarla məsafə saxlayıram. Ailəm, oğlum, balalarım böyüyür. İndi ən yaxın dostlarım qardaşım və atamdır.

- Qardaşınız həm də prodüserinizdir. Heç aranızda mübahisələr olur?

- Əlbəttə, böyük qardaş olduğumdan mənim sözüm keçərlidir. Amma onun da fikirlərini dinləyirəm və hörmətlə yanaşıram. O demək deyil ki, böyük qardaşamsa, tanınmış müğənniyəmsə, hər şeyi ondan yaxşı bilirəm. Xeyr, ola bilər mən nəyisə düzgün deməyim. Ölçüb-biçirəm, fikir ayrılığı olanda belə çalışıram yola gedək. Doğmaların da aradında söz-söhbət olur. Söz-söhbət ola bilər, inciklik yaşanar, hətta əsəbiləşib həmin an görmək istəmərəm. Amma ən çətin anda o mənim, mən də onun yanında olacam. Yalandan qardaş deyənlər çoxdu, amma əsas olan öz qardaşındır.

- Adınız ən bərkgedən toy müğənniləri sırasında deyil, nə əcəb?

- Bu gün onlardan da bərkgedən müğənniyəm.

- Qiymətinizi açıqlayasınız bəlkə?

- Öz yanlarından hamı yazır ki, Ayaz filan qiymətə toya gedir. Amma yazılan rəqəm mənə problem yaradır.

- Nə qədər yazırlar ki?

- Beş-altı min. Amma bundan da artıq qiymətə gedirəm. Çəkdiyimiz əziyyəti hamı görür. Bir toyun ağırlığı bir ay səhhətimizə ziyan vurur.

- Bizneslə məşğul olsanız, nəyə sərmayə qoyardınız?

- Yaradıcılıq işlərimə… Mahnılar, oranjeman, efirə çıxıram, radiolarda mahnılarım səslənir… heç nə havayı başa gəlmir.

- Efirə pulla çıxırsınız?

- Yox, radiolara ödəniş edirik, amma hamısına yox. Sağ olsunlar, dostlar var, hamıya olan qiymət deyil. Amma müəyyən vəsait ayırıram. Kommersiya müğənnisi deyiləm.

- Bəzi kişi müğənnilər var ki, xanım sponsorları var… Heç sizə təklif edənlər olub?

- Mənə yaraşmaz. Çox ayıb olar, heç vaxt buna yol verməmişəm. 19-20 yaşımda, yəni cavanlıqda xanımlar mənə təklif elədilər, bunu eləmədim. O ağılda olmamışam. Əlbəttə o qədər təkliflər olub. Niyə də olmasın? Pis oğlanam ki? Sadəcə olaraq, o tərbiyəni almamışam, o əxlaqın sahibi deyiləm.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/175866.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR