Azərbaycanda yaxın 10 ildə havanın temperaturu 0,3 dərəcə qalxacaq

Azərbaycanda yaxın 10 ildə havanın temperaturu 0,3 dərəcə qalxacaq
14:04 14 Noyabr 2016
112 Digər
Ölkə mətbuatı
A- A+

"Son 10 ildə Azərbaycanda müşahidə olunan quraqlıq torpaq sisteminə mənfi təsir göstərib”.

 

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, professor Əlövsət Quliyev deyib. Onun sözlərinə görə ki, bunun ən ciddi fəsadı Naxçıvanda müşahidə olunub. Son 10 ildə Azərbaycanda yağıntının miqdarı ümumilikdə 7% azalıb. Azalma ən çox Naxçıvanda müşahidə olunub - 11%.

 

Gələcək 10 ildə havanın temperaturunun ölkə üzrə 0,3 dərəcə (Naxçıvanda isə 0,7 dərəcə) qalxacağını deyən Ə. Quliyev qeyd edib ki, belə davam edərsə, 2030-cu ilə kimi müəyyən problemlər yaradar.

 

İnstitut direktoru vurğulayıb ki, iqlim dəyişməsi, suyun buxarlanması, duzun torpağın üzərində qalması nəticəsində torpaqlarda quraqlıq, təkrar şorlaşma gedib: “Bu gün xüsusən Kür-Araz ovalığında belə hallar yaşanır. Meliorasiya sisteminin pis olması, sudan düzgün istifadə edilməməsi bu ərazidə böyük problem yaradıb. Ölkədə pambıqçılığın inkişaf etdiyi Kür-Arazı ovalığı drenajlanmış ərazidir. Lakin orada drenajlardakı suyun səviyyəsi ilə suvarma kanalındakı suyun səviyyəsi eynidir. Yuxarı Şirvan və Yuxarı Qarabağ kanalından təxminən saniyədə 200 kub metr su sərf olunur ki, bu da ildə 6 milyard yarım kub metr su deməkdir. Bunun 3 milyard kub metri kanaldan batan itkiyə gedir. Bu itki suvarma və magistral kanallarda olan sızma nəticəsində baş verir. Kanalların içi torpaqdır və qrunt suyunu yuxarı qaldırır. Kanalın üzünü çəkməklə 3 milyon su ehtiyat edərik. Bu su ehtiyatının əvəzində kollektor-drenajlar vasitəsilə ildə 4 milyard kub metr su Xəzərə axıdılır”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259430

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR