Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda 34 yaşlı qadın intihara cəhd edib

Bakıda 34 yaşlı qadın intihara cəhd edib

Date: 14 November 2016 14:07

Bakı. 14 noyabr. REPORT.AZ/ Bakının Xəzər rayonunda 34 yaşlı qadın intihar etmək məqsədi ilə çoxlu miqdarda həb qəbul edib.
"Report"un xəbərinə görə, hadisə Mərdəkan qəsəbəsi "Əncirlik" adlanan bağ massivində baş verib.
Belə ki, Y.H. yaşadığı evdə özünü öldürmək məqsədi ilə bir neçə ədəd dərman həbi qəbul edib. Bundan sonra  o, zəhərlənib.
Yaxınlarının köməkliyi ilə qadın 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


Tags:  Bakıda 34 yaşlı qadın intihara cəhd edib

RƏYLƏR


Top news