"Köməyi lazım deyil, təki məndən uzaq dursun" - Ayan

"Köməyi lazım deyil, təki məndən uzaq dursun" -  Ayan
14:11 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Axşam.az müğənni Ayan Babakişiyevanın “Qafqazinfo”ya müsahibəsini təqdim edir:

- Yeni foto-layihə üzərində çalışırsız. Elə biz çəkilişə hazırlıq prosesində sizinlə görüşürük...

- Foto-layihəmə 1 aydır ki, hazırlaşıram. Libasları kataloqlardan seçdik, modelyer Aida Məmmədova hazırlayıb. Fotoları Ruslan Nəbiyev çəkir, stilist Roma isə komandamın daha bir üzvüdür. Paltarlar hazır olandan sonra Bakıya gəldim. Bu gün çəkilişləri edirik. İnanıram ki, uğurlu bir iş ortaya çıxacaq.

- Türkiyəyə yaşamaq üçün köçən ilk müğənnilərdənsən. Orada yaşamaq necədi?

- Düşünürəm ki, ilk addımı atan sənətçiyəm. Çünki İradə İbrahimova ailə qurub Türkiyəyə köçdü. Digərləri də həmçinin... Məndə isə fərqli oldu. Həyatımı dəyişmək üçün, qızım üçün ölkədən getdim. İstədim ki, onun həyatı rahat və gözəl olsun. Qoy, sağlam böyüsün.

Getdim, bir anda hər şeyin üstündən xətt çəkdim. Zamanla alışırsan. Oraya ailəmlə birgə köçmüşəm. Azərbaycana da tez-tez gəlirəm. Türkiyə vətəndaşı olmaq istəmirəm. Azərbaycan vətəndaşıyam, azərbaycanlı olmağımla da fəxr edirəm.

- Əslində, ciddi bir qərar vermisiz. Çətin olmadı?

- Çox düşündüm. Selenanın 3 yaşına az qalıb. Qızım doğulandan köçmək barədə düşünürəm. Sadəcə olaraq, çox fikirləşirdim, doğru addım atdığımı düşünürəm. Azərbaycanlı olaraq rahat həyat yaşamağa alışmışıq. Belə deyək, orta və aşağı təbəqənin insanları ömür boyu yaxşı yaşamaq üçün çalışır. Biz də vaxtı ilə çox əziyyət çəkmişik.

Ancaq əziyyətimizin bəhrəsini görmüşük. İnsanların çox çətinliyi olur, nə qədər çətin yaşasaq da həyat tərzimizi yaxşılaşdırmaq istəyirik. Türkiyə xalqı isə bizim kimi deyil. Düşünürlər ki, işləyirlər, müəyyən məbləğdə pul qazanırlar. Evləri olmasa belə kirayə yaşayırlar, çox rahat olurlar, nəsə işlərini artırmaq, daha çox pul qazanmaq barəsində düşünmürlər. Çalışmırlar ki, evləri və maşınları olsun. Bizim sənətçilərimiz gözəl həyata alışıb.

Onlar bunun üçün çox şeydən keçiblər. Mən Azərbaycanda hər şeyin ən yaxşısına alışmışdım. Demirəm ki, Türkiyədə hər şeyə sıfırdan başladım. Evlər aldıq, maşınımız var, şirkətimizi də qurduq. Ona görə çox rahatam.

- Sadə insanlardan fərqiniz odur ki, müğənnisiz. Sənətçilər isə diqqəti xüsusi sevirlər. Türkiyədə tamaşaçı diqqətindən uzaqsız. Yolda adi vətəndaşlar kimi gəzirsiz və heç kəs sizi tanımır. Bu sizi depressiyaya salmır ki?

- İstər müğənni, istərsə də həkim ol, fərqi yoxdur. Başqa ölkəyə gedəndə səni heç kəs tanımır. Mənim Bakıda xüsusi çevrəm var, dostlarıma zəng vuraraq müəyyən məsələlərdə xahiş edib kömək istəyirəm. Türkiyədə isə heç kəs yoxdur, həyatını sıfırdan başlayırsan.

Çox çətin bir məsələdir. Depressiyanın astanasında idim. Anam, qardaşım və qızım yanımda idi. Onlar mənə imkan vermədilər. Dedilər ki, depressiyaya düşməyə ixtiyarın yoxdur. Vətən həsrəti bir başqadır. Adamın sənəti heç yada düşmür. İstəyirsən ki, Bakının havasını canına çəkəsən. Dost və yaxınlarını istəyirsən.

- Mətbuatda xəbərlər dərc olundu ki, siz restoranlar şəbəkəsi qurmusuz. Doğrudur?

- Xeyr, “Uluslararası yatırım danışmanı- ihracat-ithalat” ilə məşğulam. Əvvəl restoran işi qurmaq istəyirdim. Gördüm ki, bələd olduğum sahə deyil. Restoran biznesi çox çətindir. Azərbaycanda açsaydim asan olardı. Bəlli dostlarımız, əhatəmiz var. Ancaq burada başqa şirkət açdım. Xarici vətəndaşlar üçün şans yaradıblar. Qanunlar da çox yaxşıdır. Şirkəti rahatlıqla qurdum, aktiv hala gətirmək üçün müəyyən vaxt lazım idi. Əgər xarici bir vətəndaş özünə şirkət açırsa, komandası olmalı idi. Komandanı yığmaq üçün xeyli vaxtım getdi.

- Türkiyədə biznes qurmaq üçün bağ evinizi satmısız?

- Satdım, utanmadan deyirəm. Nəinki, bağ evi, avtomobillərimi də satmışam. Şəhərdəki evimin birini də sataraq maliyyəmi ora yatırdım. Özümü ağıllı qadın hesab edirəm. Hər sənətçinin bir xüsusiyyəti var. Kimisi sənətinə, kimisi də geyimlərə çox pul xərcləyir. Fikir verin, sənətimə maliyyə ayırsam da, ətrafımda heç vaxt tanınmış prodüser olmayıb. İstəməmişəm, onlara söz atmaq fikrində də deyiləm. Onlar mənə deyəcəklər ki, maliyyə ayır, layihə reallaşdıraq. Həmin layihələri mən də edə bilərəm. Heç vaxt bu səbəbdən toy və layihə üçün prodüserlərlə əməkdaşlıq etməmişəm. Hamıdan da gözəl ağlım var.

Durub bədxərclik etməmişəm. Günümüzün tələbatına uyğun layihələr reallaşdırmışam. İnanın, mənim çəkildiyim bir fotosessiya, Heydər Əliyev Sarayında konsert verən bəzi müğənnilərdən daha çox effekt verir. Ağıllı davranmaq lazımdır. Vaxt var idi, brend arxasıyca qaçırdım. İndi isə tamam fərqlidir. Heç kim deməsin ki, filankəsin “şotuna” hər şeyi etmisən. Mən öz gücümün sayəsində bu yerlərə gəlmişəm.

Bu söhbətləri eşitmək istəmirəm. Deyirlər ki, filankəs mənə köməklik edir. Mənə heç kim köməklik etmir. Övladımı tək böyüdürəm. Doğulandan tək böyütmüşəm, indən belə də heç kim lazım deyil. Burada bəzi şayiələr eşidirəm. Onun pisliyi dəyməsin, köməyi özünə qalsın, məndən uzaq dursun.

- Belə başa düşdüm ki, siz sənəti birdəfəlik atmamısız...

- Xeyr, sənət fəaliyyətimi dondurmamışam. Mən müğənni olmaq üçün çox şeylərdən keçmişəm, əziyyət çəkmişəm. Düzdü, deyə bilmərəm ki, çox şeyləri qurban vermişəm. Belə deməkdən xoşum gəlmir. Nə qurban verdimsə, özüm üçün etdim. Mənim şəraitim gözəl oldu, istədiyim həyatı qurdum. Ona görə də heç kimə qurban verdiklərimin aidiyyatı yoxdu. Rahat bir şəkildə başqa ölkədə işimi qurmuşamsa, əziyyətlərimə dəyər.

- Türkiyədə iş xanımısız, bəs müğənni olduğunuzu deyəndə necə bir reaksiya göstərirlər?

- İlk vaxtlar iş üçün dövlət dairələrinə gedirdim. Sənədləri toplamaq lazım idi. Mənə sual verirdilər ki, orada nə işlə məşğul idiz? Mən də müğənni olduğumu deyirdim. Onlar da təəccüblənirdilər. Deyirdilər ki, biz sizi youtube-da tapıb izləyərik. İşimin ciddiliyi müğənnilik fəaliyyətimə təsir göstərməyəcək. Bizim ciddi iclaslarımız olur. İclasdan çıxandan sonra nəfəs alıram. İki Ayan həyatı yaşayıram. Mən zarafatı sevən bir xanımam, iclasda isə zafatları edə bilmirsən.

- Azərbaycana tez-tez gəlmə səbəbin nədir?

-Mənim burada həyatım, işlərim var. Onların üzərindən xətt çəkə bilmərəm. Müğənniyəm, sənətçiyəm. Yeni mahnılar yazdırıram, efirlərə çıxıram. Ehtiyatda mahnılarımın olmağını istəyirəm.

- Röya müsahibəsində demişdi ki, Türkiyədə olanda dostlarını uzaqdan yaxşı görür. Sizdə necədi?

- Bu sözü həmişə demişəm. Məndən sonra görmüşəm ki, sənətçilər sırf belə cümlələrimi işlədiblər. Dostlarım barmaqla sayılacaq qədərdi. Heç biri məni tək qoymadı. Sevinirəm ki, yanımda oldular. Nə qədər çox dostun oldusa, o qədərdə düşmənlərin çoxalır.

- Belə bir deyim var ki, uzaqda olanda daha qiymətli olursan...

- Düzdü, razıyam. Uzaqda olanda hər şey dəyişir.

- Toy qiymətlərində də dəyişiklik oldu?

- Təbii ki, dəyişiklik oldu. Mən toylardan ötrü Azərbaycana gəlirəm, vaxt ayırıram. Qiymətlərdə dəyişiklik oldu, artım çox oldu.

- Bakıya gələndə oteldə qalırsız? Bütün evlərinizi satmısız?

- Bakıda aldığım ev tam hazır deyil. Özəl əşyalarımı ora yığmışam. Tək gəlmişəm, anam yanımda yoxdu, özüm özümə qulluq edə bilmirəm. Bu səbəbdən oteldə qalmışam.

- Ötən gün yenə sosial şəbəkədə avtomobil fotosu paylaşdınız, özünüz-özünüzə hədiyyə etdiyinizi qeyd etdiniz...

- Hə, paylaşdım. Söhbət köhnəlməmiş təzələyirsiz. Maşın məndən keçmək istəyirdi, geri qaytardım (gülür). Satmaq istəyirdim, sonra bu fikirdən danşındım.

- Gənc bir xanımsız. Yəqin ki, ailə qurmaq barədə düşnürsüz. Siz də türkiyəli bir bəylə evlənmək barədə düşünmürsüz?

- Mən Türkiyədə yaşayıramsa, qadınlar və kişilər də mənə maraqlı gəlir. Ümumiyyətlə, şəxsi həyat barədə çox da danışmaq istəmirəm. Gözəl qadın hər zaman diqqət mərkəzində olur. Mən də özümü gözəl qadın hesab edirəm.

- Özünü iş qadını, yoxsa müğənni kimi daha çox xoşbəxt hiss edisən?

- Hər ikisində... Yeni sahədə özümü təsdiqləmək üçün vaxt lazımdır. Təcrübə yığmalıyam. Məsələn, mənim qardaşım 7 dil bilir, 7 il də orada yaşayır. Türkiyənin qanunlarını öz millətlərindən yaxşı bilir. Xaricə idxalla məşğuldu. Bu səbbədən özümü tək hiss etmədim, işini bilən biri ilə çalışmağa başladım.

- Bizdə belə bir fikir formalaşıb ki, kimsə özünə iş quranda dost və qohumlarını öz ətrafına toplayır.

-Mən qohumlarımı öz ətrafımdan uzaq tuturam. Səbəbini sizə danışım. Yad insana istədiyini deyə bilərsən. Maaşını verib işini tələb edirsən. Qohum olduqda isə tamam fərqli olur. İşə çox pul qoysan da, biznesin getməyəcək, bir müddət sonra çökəcək. Yad bir şəxsi gətir, işini də tələb et.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Gəlin köklə birlikdə qayınanasının nişan üzüyünü “çıxardı” – FOTO

17 Avqust 2017 08:03

İŞİD İraqda polis postuna hücum edib: ölənlər və yaralananlar var

17 Avqust 2017 08:02

ABŞ Çinlə “iqtisadi müharibə” vəziyyətindədir - Ağ ev rəsmisindən etiraf

17 Avqust 2017 07:44

Ronaldo beş oyunluq diskvalifikasiyanı şərh etdi

17 Avqust 2017 07:33

Avropa Liqasında “pley-off” mərhələsinin növbəti ilk oyunları keçiriləcək

17 Avqust 2017 07:12

Yumurta qalmaqalı Avropanı bürüyür

17 Avqust 2017 07:03

Avropa futbolunda ilk: oyunu qadın idarə edəcək

17 Avqust 2017 06:59

Qvatemalada cinayətkar qrup xəstəxanaya hücum edib: 7 ölü, 12 yaralı

17 Avqust 2017 06:47

Koalisiya qüvvələri Rəqqaya zərbələr endirib - 40 dinc sakin həlak olub

17 Avqust 2017 06:33

Moskvada güclü yanğın

17 Avqust 2017 06:14

Naxçıvan əhalisinin gəlirləri artıb

17 Avqust 2017 06:07

“Tesla” şirkəti kiçik daşına bilən ev təqdim etdi

17 Avqust 2017 06:03

Avropada gücü 900 vattdan çox olan tozsoranların satışına qadağa qoyulacaq

17 Avqust 2017 05:33

Almaniyada bomba təhlükəsi ilə əlaqədar 10 mindən çox insan təxliyyə edilib

17 Avqust 2017 05:07

Smartfonların köməyi ilə xəstəliklərin diaqnostikası aparılacaq

17 Avqust 2017 05:03

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına akademik statusu veriləcək

17 Avqust 2017 04:33

Samuxda zəlzələ

17 Avqust 2017 04:24

Samuxda zəlzələ olub

17 Avqust 2017 04:17

Türmədə qanlı iğtişaş - 37 ölü

17 Avqust 2017 04:14

İspaniyada 600-ə yaxın migrant xilas edildi

17 Avqust 2017 04:03

Misirin Qəzza sektoru ilə sərhədində kamikadze özünü partladıb: ölən və yaralananlar var

17 Avqust 2017 03:57

"Real Madrid" növbəti dəfə İspaniya Superkubokunun qalibi olub

17 Avqust 2017 03:07

İspaniya Superkubokunun qalibi bəlli oldu

17 Avqust 2017 02:59

Venesuelada həbsxanada nəzarətçilərlə məhbuslar arasında toqquşma olub: 35 ölü

17 Avqust 2017 02:52

Rusiyada 120 milyon il əvvələ aid MARAQLI TAPINTI

17 Avqust 2017 02:43

Səudiyyə şahzadəsi vəfat etdi

17 Avqust 2017 02:39

Koalisiya qüvvələri Rəqqaya zərbələr endirib -

17 Avqust 2017 02:10

"Zenit" Hollandiyadan məyus qayıtdı - AVROLİQA

17 Avqust 2017 02:07

Gavalı mürəbbəsinin hazırlanması - Qışa tədarük

17 Avqust 2017 02:03

"Astana" darmadağın olundu, "Başakşəhər" uduzdu - ÇEMPİONLAR LİQASI

17 Avqust 2017 01:57

Almaniyada ilk dəfə qadın hakim kişilər arasında futbol üzrə çempionatı idarə edəcək

17 Avqust 2017 01:57

İraqın Baş naziri:

17 Avqust 2017 01:34

7 ildir dünyanın ƏN YAXŞISI - MELBURN

17 Avqust 2017 01:33

Çempionlar Liqasında növbəti oyunların NƏTİCƏLƏRİ

17 Avqust 2017 01:24

Filarmoniyaya “Akademik” statusu verildi

17 Avqust 2017 01:19

47 yaşlı kişi döyülərək öldürüldü - Gədəbəydə

17 Avqust 2017 01:14

“Qarabağ” ÇL-in qrupuna düşsə, nə qədər qazanacaq? -

17 Avqust 2017 01:14

Əgər Azərbaycanda basketbol inkişaf etsəydi milli komandalarımız belə olardı – FOTOLAR

17 Avqust 2017 01:03

Əfqanıstanda ABŞ hərbçisi İŞİD-ə qarşı əməliyyat zamanı həlak olub

17 Avqust 2017 01:02

Çempionlar Liqasında "pley-off" mərhələsinin ilk oyunlarına yekun vurulub - NƏTİCƏLƏR

17 Avqust 2017 00:47

52 illik müharibə başa çatdı

17 Avqust 2017 00:45

Mayk Pens: “Ümid edirik ki, Latın Amerikası ölkələri də KXDR ilə əlaqələri kəsəcəklər”

17 Avqust 2017 00:43

"Qəbələ"dən gedən ispan Polşa klubunda

17 Avqust 2017 00:37

“Kopenhagen” UEFA-ya şikayət etdi

17 Avqust 2017 00:34

Naxçıvan əhalisinın sayı artıb

17 Avqust 2017 00:32

12 ay ərzində 26 milyon qazandı - İLİN ƏN YÜKSƏK GƏLİRLİ aktrisası oldu

17 Avqust 2017 00:28

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına akademik statusu veriləcək

17 Avqust 2017 00:22

Yumurta qalmaqalı Avropanı bürüyür

17 Avqust 2017 00:17

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08

"Qarabağ"dan Embaloya 2 milyon avro

16 Avqust 2017 23:58