Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan neft platformalarının təchizatı üçün iki gəmi alacaq

Azərbaycan neft platformalarının təchizatı üçün iki gəmi alacaq

Azərbaycanda neft hasilatı 7,3 faiz azalıb (14 Mart 2017 11:19)
Azərbaycanda neft hasilatı azalıb (14 Mart 2017 11:19)

Tarix: 14 Noyabr 2016 14:17

Azərbaycanın "Caspian Marine Services" şirkəti Almaniyanın "ER Offshore" şirkəti ilə iki gəminin satın alınması barədə ilkin razılıq əldə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, iki gəminin ümumi dəyəri 21 milyon dollar təşkil edəcək.

Alınacaq gəmilər "ER Stavanger" və "ER Aalesund" neft platformaları üçün təchizat gəmiləri olacaq.

Şirkətdən verilən məlumata görə, ayrı-ayrılıqda 10,5 milyon dollar qiyməti olan gəmilər əsaslı təmir olunduqdan sonra Volqa-Don kanalı vasitəsilə Xəzər dənizinə çatıdırılacaq. Bu gəmilər Xəzər dənizindən kənarda da neft platformalarının təchizat işinə cəlb olunacaq.

Milli.Az


Teqlər:  Azərbaycan neft platformalarının təchizatı iki gəmi alacaq



RƏYLƏR


Top xəbərlər