Ali Radada əlbəyaxa dava - VİDEO

Ali Radada əlbəyaxa dava - VİDEO
14:18 14 Noyabr 2016
95 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna Ali Radasında növbəti dava baş verib.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, “Müxalifət bloku” fraksiyasının həmsədri Yuri Boyko iclas zamanı Radikal Partiyasının lideri Oleq Lyaşkonu vurub.

Dava Oleq Lyaşkonun Yuri Boykonu və “Müxalifət bloku” fraksiyasının başqa rəhbərlərini göstərişlər almaq üçün Moskvaya getməkdə ittiham etməsindən sonra başlayıb. İttihamlara dözməyən Yuri Boyko kreslosundan qalxaraq Oleq Lyaşkonun üzündən vurub.

Həmkarları davanın böyüməsinə imkan verməyiblər. Sonra Yuri Boyko iclas zalını tərk edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR