"Bolt "Borussiya"da məşq edəcək"

"Bolt "Borussiya"da məşq edəcək"
14:22 14 Noyabr 2016
47 İdman
Ölkə mətbuatı
A- A+

100 və 200 metrə qaçışda 3 qat Olimpiya çempionu Usain Bolt "Borussiya Dortmund"un bazasında məşq edəcək.

Bu barədə Dortmund klubunun icraçı direktoru Hans-Yoahim Vatzke məlumat verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, almaniyalı funksioner buna Tuxelin də müsbət yanaşdığını qeyd edib.

"Bu, zarafat və ya marketinq gedişi deyil. Boltun bizdə məşq etməsi çoxdan qərara alınmışdı. PUMA şirkətinin direktoru Byorn Qulden "Borussiya"nın İdarə heyətinə daxildir. Bir neçə həftə əvvəl mənə dedi ki, Bolt bizim düşərgədə məşq etməyin mümkün olub-olmamasını soruşur. Darhal cavab verdim ki, problem deyil. Baş məşqçimiz Tomas Tuxel də bu fikrə müsbət yanaşdı. Həftədə iki oyun keçirəcəyimiz dönəmdə Bolt bazamıza gələcək. Komanda buna sevinəcək. Boltun "Borussiya"ya peşəkar futbolçu kimi lazım olması? Bu barədə danışmağa ehtiyac yoxdur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR