Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Səbəbsiz yerə qırmızı vərəqə aldım"

"Səbəbsiz yerə qırmızı vərəqə aldım"

Date: 14 November 2016 14:27

2018 DÇ seçmə mərhələsində keçirilən Yunanıstan - Bosniya Hertseqovina (1:1) matçı maraqlı hadisə ilə yadda qalıb.

Matçın 76-cı dəqiqəsində əsəbləri dözməyən Edin Dzeko rəqib müdafiəçi Sokratis Papastatopulosun şotunu aşağı dartdığına görə ikinci sarı vərəqə ilə meydandan qovulmuşdu.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bosniyalı hücumçu matçdan sonra bunları deyib:

"Bilmirəm, məni nəyə görə qovdular. Səbəbsiz yerə qırmızı vərəqə aldım. Referi deyir ki, hər şeyi başlayan mən oldum. Qazonda uzanan mən ola-ola necə təxribat törədə bilərdim? Sanki 0:3 uduzmuşuq. Yunanlar bir xala belə layiq deyildi. Hətta 0:1 yox, 0:4 uduzmalı idilər. Onlara "qonaqpərliyə" görə təşəkkür edirəm. Bosniyadakı matçı səbirsizliklə gözləyəcəm".

Milli.Az


Tags:  Səbəbsiz yerə qırmızı vərəqə aldım

RƏYLƏR


Top news