Telman Əliyev: "Azərbaycan şirkətlərinə "sərbəst üzmə" imkanı yaratmalıyıq"

Telman Əliyev: "Azərbaycan şirkətlərinə "sərbəst üzmə" imkanı yaratmalıyıq"
14:32 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ “Ötən ilin payızında başlanılmış islahatlar bu templə davam etsə, qısa müddət ərzində biznesi narahat edən problemlərin çoxu öz həllini tapacaq”.
“Report” xəbər verir ki, bunu Caspian European Club”un (Caspian Business Club) sədrinin birinci müavini, baş icraçı direktoru Telman Əliyev müsahibəsində bildirib.
T.Əliyev ötən ilin payızından Azərbaycan və “Caspian European Club”un olduqca əlamətdar tarixi dövr yaşadığını deyib: "2002-ci ildə Klub yaradılarkən qarşıya qoyulmuş hədəf indi öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Azərbaycan Prezidenti, “Caspian European Club”un (Caspian Business Club) sədri İlham Əliyevin rəhbərliyi ilə ölkədə ciddi iqtisadi islahatlar aparılır. Həmin islahatlar artıq müəyyən nəticələr verməkdədir. Biz bunu Azərbaycanda biznes qurmağa, cərəyan edən proseslərdə fəal iştirak etməyə, investisiya qoymağa, həmçinin burada yeni partnyorlar tapmağa can atan və öz nikbinliklərini ifadə edən dünyanın 50 ölkəsindən olan xarici partnyorlarımızın timsalında hiss edirik. Bundan əlavə, onlar Azərbaycan brendlərinin dünya bazarlarına çıxışı üzrə bizə öz xidmətlərini təklif edirlər”.
Onun sözlərinə görə, Azərbaycan şirkətləri indi daha çox qətiyyətlilik, əminlik nümayiş etdirirlər: "Azərbaycan şirkətlərinin ötən illər ərzində üzləşdikləri təzyiqlər və mənfi məqamlar artıq ikinci plana keçib. Dövlət başçısı bütün prosesləri indi öz nəzarəti altına götürüb. Klubun 15 illik yubileyi ərəfəsində bizdə belə bir fikir formalaşıb ki, fəaliyyətimizin və ümumiyyətlə, klubumuzun yaradılmasının təşəbbüskarı olan Klubun sədri ilk gündən “Caspian European Club”un qarşısına qoyulan missiyaya indi daha çox dəstək nümayiş etdirir”.
Klubun baş icraçı direktoru başa çatmaqda olan ilin əldə olunan nəticələr baxımından ürəkaçan olduğunu qeyd edib: "Şirkətlər nikbinliyə kökləniblər, onlar mühüm nəticələrin qazanıldığını nümayiş etdirirlər. Düzdür, həll olunmamış problemlər də var. Amma biz əminik ki, ötən ilin payızında başlanılmış islahatlar bu templə davam etsə, qısa müddət ərzində biznesi narahat edən problemlərin çoxu öz həllini tapacaq. 2002, 2005 və ya 2010-cu illərdə həmin dövr üçün aktual olan problemlər müzakirə olunurdusa, bu gün onlar öz həllini tapmaqdadır. Bir sözlə, nə qədər ki, biz bu və ya digər biznes-forumlar, "dəyirmi masa"lar və işçi qruplar çərçivəsində dövlət qurumları ilə birgə müəyyən problemləri həll etməyə səy göstəririksə, biznesin təkliflərini öyrəniriksə, əvvəllər biznesin diqqət yetirmədiyi bir o qədər də çox problemlər ortaya çıxır. Qanunvericilik bazasında, xüsusilə də yeni islahatlar çərçivəsində vergi, gömrük, əmək və miqrasiya məcəllələrində böyük dəyişikliklərə ehtiyac var. Qanunvericilikdə biznesin müəyyən sahələrinin inkişafına mane olan xeyli boşluqlar var. Məhkəmə sistemində iqtisadi subyektlər arasında bir çox mübahisəli münaqişələrin həllinə ciddi təkan verəcək islahatlar həyata keçirmək artıq zərurətə çevrilib”.
T.Əliyev 2016-cı ilin birinci yarısında İlham Əliyevə təkliflər paketinin təqdim edildiyini bildirib: “Təkliflərimizin böyük hissəsi qəbul olunduğundan Prezident İlham Əliyev minnətdarıq. Həmin təkliflər sayəsində özəl biznes qısa müddət ərzində büdcənin doldurulmasında üzərinə düşən payı artıra biləcək və yeni iş yerlərinin açılması, rəqabətədavamlı məhsulların istehsalı üzrə yaxşı nəticələr nümayiş etdirəcək”.
O, vurğulayıb ki, böhrandan əsas çıxış yolu Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş və hazırda həyata keçirilən islahatlardır: "Söhbət iqtisadiyyatın real özəl sektorunun dəstəklənməsindən və stimullaşdırılmasından, bazarın liberallaşdırılmasından, dövlət şirkətlərinin özəlləşdirilməsindən, xarici kapitalın stimullaşdırılması və cəlb edilməsindən, kiçik və orta biznesin inkişafından gedir. Şirkətlərimizə "sərbəst üzmə" imkanı yaratmalıyıq. Hansı istiqamətə doğru irəliləməyə isə onlar özləri qərar verəcəklər. Azərbaycan əsrlər boyu dünya ticarət yollarının kəsişdiyi mərkəzdə yerləşib və sahibkarlıq xalqımızın qanındadır. Düzdür, onlardan bəziləri müflis olacaq və bazarın “qurbanı”na çevriləcəklər. Amma dövlət və özəl sektorun əksər şirkətlərinin aparıcı birjalardakı göstəriciləri üzrə dünyanın TOP-100-lüyünə daxil olan regional əhəmiyyətli şirkətlərə, hətta beynəlxalq korporasiyaya çevrilmək şansı var. Zənnimcə, bunun üçün investisiya, qanunvericilik və institusional bazada dəyişiklik etməyə (bu, artıq edilir), marketinq araşdırması həyata keçirməyə, bazarın perspektivli seqmentlərini seçməyə və bizə yaxşı bəlli olan təcrübədən yararlanmaqla investisiya fondları üçün nüfuzlu dünya fond bazarlarına çıxmaq imkanı yaratmağa ehtiyac var”.
Т. Əliyev həmçinin gələn il martın 15-də “Caspian European Club” (Caspian Business Club)və “Caspian Energy İnternational Media Group” tərəfindən 4-cü Beynəlxalq “Caspian Energy Forum Baku – 2017” təşkil olunacağını və tədbirdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 300-dən 500-dək deleqatı qəbul etməyi nəzərdə tutduqlarını bildirib: "Forumun açılış mərasimində Azərbaycan Prezidenti, “Caspian European Club”un (Caspian Business Club) sədri İlham Əliyevin iştirakı da gözlənilir. Forum çərçivəsində dövlət başçısına “İlin islahatçısı” nominasiyasında “Caspian Energy Award - 2016” beynəlxalq mükafatı təqdim olunacaq. Ümumilikdə forum Azərbaycanda aparılan islahatların ilkin nəticələrinə həsr olunub". 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Çiçək açan krossovkalar - FOTO

26 İyul 2017 02:32

"Opel” və VAZ toqquşdu: 1 ölü, 2 yaralı

26 İyul 2017 02:24

Hamiləlik dövründə cinsi əlaqə

26 İyul 2017 02:10

Frandsada vağzalda 150-dən çox mühacir tutuldu

26 İyul 2017 02:09

Bakıda qadını maşın vuraraq ağır yaralayıb

26 İyul 2017 01:37

ŞƏMKİRDƏ DƏHŞƏT: Ana iki övladı ilə birgə özünü qatarın altına atdı

26 İyul 2017 01:34

Şəhər mərkəzində orta əsr qülləsi - FOTO

26 İyul 2017 01:32

Bakıda 6 otaqlı evdə yanğın

26 İyul 2017 01:26

Bakıda qadın evində tanışı tərəfindən bıçaqlanıb

26 İyul 2017 01:17

Çavuşoğlu: ““Amnesty"-nin Türkiyə üzrə rəhbəri FETÖ üzvüdür”

26 İyul 2017 01:14

Həbsxanadan qaçan erməni yazıçı: “2 il plan qurdum, ancaq heç biri...”

26 İyul 2017 01:03

Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib

26 İyul 2017 01:02

“Qarabağ” - "Şerif" matçından

26 İyul 2017 00:32

Tehran və Moskva nüvə əməkdaşlığını müzakirə etdilər

26 İyul 2017 00:29

Məşhur müğənni Mayamidə səhnəyə çıxdı - FOTO

26 İyul 2017 00:05

“Facebook” Azərbaycan kəndini “Şaumyan” adı ilə təqdim edir

26 İyul 2017 00:05

Günün qoroskopu: ciddi dəyişikliklər mümkündür

26 İyul 2017 00:05

Azərbaycanlı hakimlərin idarə etdiyi ÇL oyununda 4 qol, 8 sarı vərəqə qeydə alınıb

26 İyul 2017 00:02

Oğuza gəzintiyə gedən müəllim qəfil öldü

25 İyul 2017 23:59

Yeniyetmələrdə fiziki və psixoloji dəyişikliklər

25 İyul 2017 23:57

Yaralı hərbçiləri müalicə edən həkimlər tutuldu

25 İyul 2017 23:52

Serotonin nədir?

25 İyul 2017 23:52

"Onu gözüm çox axtardı" Tahir Gözəl

25 İyul 2017 23:52

MARAQLI YARIŞ: Ərlər arvadlarını 500 metr boynunda daşıdı - VİDEO

25 İyul 2017 23:48

"Şerif"in baş məşqçisi: "Öz qapımızı daha çox qorumalı olduq"

25 İyul 2017 23:47

Qurban Qurbanov: 0:0 hesabı da pis nəticə deyil

25 İyul 2017 23:47

“Fərəc” duası şeytanı niyə əsəbiləşdirir?

25 İyul 2017 23:47

Azərbaycan neftinin SON QİYMƏTİ

25 İyul 2017 23:42

Zoofiliya və sadomiya nədir?

25 İyul 2017 23:42

"Başqa cür oynaya bilməzdik"

25 İyul 2017 23:38

"Oyunumuzda mütləq dəyişiklik olacaq" - Qurban Qurbanov

25 İyul 2017 23:37

“Onlar istədiklərini ala bildilər” - Qurban Qurbanov

25 İyul 2017 23:37

Kürdəmirdə 7 otaqlı ev, 20 ton ot və “QAZ” kül oldu

25 İyul 2017 23:34

İran və Rusiyanı bir araya gətirən CİDDİ SƏBƏB

25 İyul 2017 23:33

Braziliyalı gözəl okean sahilində - FOTO

25 İyul 2017 23:32

Xidmətçinin ruhu kameraya düşdü - VİDEO

25 İyul 2017 23:32

"Başqa cür oynaya bilməzdik" - "Şerif"in baş məşqçisi

25 İyul 2017 23:27

"Yunanıstana miqrant axını 99 faiz azalıb" - Çavuşoğlu

25 İyul 2017 23:27

İmicinizi dəyişmək istəyirsiniz?

25 İyul 2017 23:24

“Bundan da yaxşısını bacararıq” – “Şerif”in baş məşqçisi

25 İyul 2017 23:22

Kann vağzalında 156 mühacir saxlanıldı

25 İyul 2017 23:22

Qara turp və balın faydaları

25 İyul 2017 23:22

Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda tədbir keçirilib

25 İyul 2017 23:22

Mingəçevir sakini 89 növ dərman içib ölmək istədi

25 İyul 2017 23:22

İmam Cəfər Sadiq niyə xilafəti ələ keçirmədi?

25 İyul 2017 23:17

Baş katib "Qarabağ"ın fan-şopundan nə aldı? - FOTO

25 İyul 2017 23:17

Məşhurlarımız istirahətə nə qədər pul xərcləyir?

25 İyul 2017 23:12

Sarımsaq yağının faydaları

25 İyul 2017 23:12

Sosial şəbəkələrdən telefon alanlar

25 İyul 2017 23:10

“Qarabağ” “Şerif”lə bacarmadı

25 İyul 2017 23:09