Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hillari və Bill Klintonun boşanma xəbəri yayıldı

Hillari və Bill Klintonun boşanma xəbəri yayıldı

Date: 14 November 2016 14:36

ABŞ-da prezident seçkilərində uduzan Hillari Klinton qəzetlərin manşetindən düşmür.

Axşam.az-ın məlumatına görə, bu dəfə o, ailə məsələsi ilə gündəmə gəlib. Qərb mediası iddia edir ki, 69 yaşlı Hillari 41 illik ailə həyatını bitirərək boşanır. O, 70 yaşlı əri, ABŞ-ın keçmiş prezidenti Bill Klintondan ayrılmaq istəyir.

İddialara görə, ərlə arvad arasında fikir ayrılığı yaranıb və Hillarinin vəkilləri artıq Nyu-Yorkun Ali məhkəməsinə baş vurublar. Hillari və Bill əmlak məsələlərində də artıq ortaq məxrəcə gəliblər.

Qeyd edilir ki, onları son illər iş əlaqələrindən başqa heç bir şey birləşdirmir.

Amma bu xəbəri təkzib edən əsaslar da var. Belə ki, Bill və Hillari bir neçə gün əvvəl parkda səmimi görünüblər.


Tags:  Hillari Bill Klintonun boşanma xəbəri yayıldı

RƏYLƏR


Top news