Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda 24 yaşlı qızı öldürən keçmiş məhkuma hökm oxunub

Bakıda 24 yaşlı qızı öldürən keçmiş məhkuma hökm oxunub

Date: 14 November 2016 14:37

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 24 yaşlı qızı öldürməkdə təqsirləndirilən Cəfər Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə C.Ağayev 19 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, qətl hadisəsi 2016-ci ilin yanvar ayının 22-də Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verib. C.Ağayev 1992-ci il təvəllüdlü Səbinə Salayevaya 26 bıçaq zərbəsi endirərək onu qətlə yetirilib. Hadisə yerindən qaçan C.Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Əvvəllərdə məhkumluq həyatı yaşayan C.Ağayev qətli törətməsinə səbəb kimi mərhumun onu sevməməsini göstərib.


Tags:  Bakıda 24 yaşlı qızı öldürən keçmiş məhkuma hökm oxunub

RƏYLƏR


Top news