Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Tehranda havanın çirklənməsinə görə məktəblər bağlanıb

Tehranda havanın çirklənməsinə görə məktəblər bağlanıb

Güclü yağış: məktəblər bağlandı - FOTO (03 Mart 2017 11:27)
Türkiyədə məktəblər bağlanıb (17 Fevral 2017 12:05)
Türkiyədə qarlı hava şəraiti ilə əlaqədar 8 əyalətdə məktəblər bağlanıb (17 Fevral 2017 11:42)

Tarix: 14 Noyabr 2016 14:42

Bakı. 14 noyabr. REPORT.AZ/ İran hakimiyyəti havanın çirklənmə səviyyəsinin normadan artıq olmasına görə bu gün paytaxt Tehranda ibtidai təhsil məktəblərində və uşaq bağçalarında dərs və təlimləri ləğv etmək qərarına gəlib.
"Report" "Daily Star" qəzetinə istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları həmçinin paytaxtın mərkəzində avtomobil hərəkətinə məhdudiyyətlər tətbiq edib və şəhər sakinlərinə zərurət olmadan küçəyə çıxmamağı tövsiyə edib.
Məlumata görə, şəhərdə havanın çirklənmə səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən tövsiyə edilən normadan üç dəfə yüksək həddə çatıb.

Teqlər:  Tehranda havanın çirklənməsinə məktəblər bağlanıb



RƏYLƏR


Top xəbərlər