Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dövlət İmtahan Mərkəzi Naxçıvanda seminar keçirib

Dövlət İmtahan Mərkəzi Naxçıvanda seminar keçirib

Date: 14 November 2016 14:57

Bakı. 14 noyabr. REPORT.AZ/ 2017-ci ildə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni qaydalarına dair Naxçıvan şəhərində seminar keçirilib.
Dövlət İmtahan Mərkəzindən (DİM) “Report”a verilən məlumata görə, seminar Naxçıvan Dövlət Texniki Kollecində olub.
Müzakirədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, rayon (şəhər) təhsil şöbələrinin əməkdaşları, tam orta və ali məktəblərinin müvafiq fənn müəllimləri, metodistlər iştirak ediblər. 
Seminar komissiyanın YouTube-dakı kanalı vasitəsilə canlı yayımlanıb.
Plenar iclasda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni qaydalarına dair məruzə ilə çıxış edərək bu sahədə aparılan işlər haqqında məlumat verib.
Daha sonra müzakirələr Azərbaycan dili və riyaziyyat fənləri üzrə davam etdirilib.


Tags:  Dövlət İmtahan Mərkəzi Naxçıvanda seminar keçirib


RƏYLƏR


Top news