Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Miranda Kerr xeyriyyə gecəsinə qatıldı - FOTO

Miranda Kerr xeyriyyə gecəsinə qatıldı - FOTO

Date: 14 November 2016 14:57

ABŞ-dakı Los-Anceles şəhərinin yaxınlığında yerləşən Kalver-Sitidə, 3LABS mərkəzində "Baby2Baby" xeyriyyə fondunun təşkil etdiyi "Baby2Baby Gala" keçirilib.

Milli.Az bildirir ki, fondun mükafatlarının təqdim olunduğu bu qala-gecəyə qatılanlar arasında Cessika Alba, Keyt Hadson, Cennifer Qarner, Kristina Aqilera, Mettyu Ratler, Miranda Kerr və Evan Şpigel, Mettyu MakKonahi və Kamilla Alves, Çeninq Tatum və Cenna Dyuenn, Kelli Roulend, Molli Sims, Selma Bler, Ceymi Kinq və başqaları vardı.

Fond 12 yaşınadək uşaqların böyüdüyü aztəminatlı ailələrə yardım edir.

Qala gecənin qəhrəmanı Cennifer Qarner olub.

Avstraliyalı supermodel Miranda Kerr gecəyə nişanlısı, Snapchat servisinin sahibi Evan Şpigellə qatılmışdı. 33 yaşlı modelin dediyinə görə, xeyriyyəçilik fəaliyyətini daha da aktivləşdirmək niyyətindədir.

Milli.Az








Tags:  Miranda Kerr xeyriyyə gecəsinə qatıldı FOTO

RƏYLƏR


Top news