Ölkə futboluna zərbə vuran ikibaşlı dəyənək – legioner limiti

Ölkə futboluna zərbə vuran ikibaşlı dəyənək –  legioner limiti
15:07 14 Noyabr 2016
121 İdman
Ölkə mətbuatı
A- A+


Azərbaycanın futbol təsərrüfatına  rəhbərlik edən şəxslər illərdi “bizə yerli oyunçular lazımdır” deyib, legioner limiti prioritet seçiblər. Hazırda Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən bütün yarışlarda müəyyən limitlər tətbiq olunmaqdadır.


Premyer Liqa: 6+4+1 (6 legioner +4 Azərbaycan vətəndaşı + 1 nəfər 1994-cü il doğumlu və daha gənc Azərbaycan vətəndaşı). Matçın protokolunda 1996-cı il təvəllüdlü (Azərbaycan vətəndaşı) və daha gənc 1 oyunçunun (Azərbaycan vətəndaşı) olması mütləqdir. 


Əvəzedicilər: Oyunlar zamanı komandanın heyətində 8 nəfərdən az olmayaraq, 1994-cü il və daha gənc təvəllüdlü oyunçular (Azərbaycan vətəndaşı) iştirak etməlidir.  Oyunlar zamanı 5 əvəzetməyə icazə verilir.  


I divizion:  Bu yarışda limit 6+4+1 (6 legioner +4 Azərbaycan vətəndaşı + 1 nəfər 1994-cü il doğumlu və daha gənc Azərbaycan vətəndaşı) sisteminə uyğundur. 


Azərbaycan Kuboku: 6+4+1 (6 legioner +4 Azərbaycan vətəndaşı + 1 nəfər 1994-cü il doğumlu və daha gənc Azərbaycan vətəndaşı). Matçın protokolunda 1996-cı il təvəllüdlü (Azərbaycan vətəndaşı) və daha gənc 1 oyunçunun (Azərbaycan vətəndaşı) olması mütləqdir. 


İllərdi Premyer Liqa və Azərbaycan Kuboku oyunlarında aşağı-yuxarı oxşar limit tətbiq olunur. Nəticə? Səviyyəli yerli oyunçuların sayında artım yoxdur, əksinə, ciddi şəkildə azalma müşahidə olunmaqdadır. Götürək elə millinin Şimali İrlandiya ilə oyun üçün çağırılmış heyətin. Həmin heyətdən kiminsə limitin sayəsində yetişdiyini, üzə çıxdığını söyləmək olarmı?

Legionerlə limitin tətbiq edilməyin çox mənasız yanaşmadır. Bu sistem çoxdan iflasa uğrayıb. Lakin çox təəssüf ki, bir çox məsələlərdə olduğunu ki, futbolda da Avropanın deyil, Rusiyanın addımlarını izləyirik. Şimal qonşularımızın gününə isə Böyükağa Hacıyev demiş, 1 ana, 4 bacı lazımdır ki, oturub ağlasın...


Zarafat bir yana, Rusiyada da mütərəqqi fikir sahibləri limit ölkə futbolu üçün bir bəla olduğunu izah etməyə çalışırlar. Hətta, orada çalışan əcnəbi məşqçilər də öz mövqelərini ortaya qoyurlar.

Məsələn, “Zenit”in rumıniyalı baş məşqçisi Mirça Luçesku vəziyyəti çox gözəl izah edərək,  limitin əslində inkişafın qarşısını aldığını bildirdi: “Hesab edirəm ki, Rusiyada mövcud olan legioner limiti çox böyük səhvdir. Mən buna qarşıyam. Rusiya yığmasının Fransada keçirilən Avropa çempionatındakı çıxışı legioner limitinin tətbiqinin yanlış olduğunu göstərdi. Rusiyalı futbolçular yalnız ona görə əsas heyətin oyunçuları olublar ki, onlarda müəyyən pasportu var. İnkişaf üçün onlarda səbəb yoxdur. Təəssüf ki, limit idmanın mahiyyəti olan rəqabəti məhv edir. Aydındır ki, limitin qəbul edilərkən, məqsəd yerli oyunçulara kömək etmək olub. Lakin bu, iki başı olan bir dəyənəkdir. Rəqabət - millətindən asılı olmayaraq hər bir futbolçu üçün rəqabət bazasıdır. Oyunçuları yetişdirmək üçün ikinci liqa və başqa klublar var. Çempionlar Liqasında əlində yetişməli futbolçularla oynamaq çətindir”.


Aydın məsələdir ki, limitin ləğvində  əsasən avrokubokda çıxış edən klublar maraqlıdır. Təsadüfi deyil ki, “Qarabağ”ın baş məşqçi Qurban Qurbanov dəfələrlə limitin onların işinə maneəsindən söz açıb, “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk isə limitin faydasız olduğunu bəyan edib.

Narazılıqlara baxmayaraq, limitin tamamilə ləğvi mümkünsüz görünür. Çünki hələ də bəziləri düşünür ki, 2020-ci ildə güclü Azərbaycan millisi görmək üçün limit vacibdir.


Ancaq bu işdə müəyyən irəliləyiş var. Klublar Komitəsinin ötən ay baş tutan sonuncu iclasından sonra sədr Fikrət Hüseynov limitlə bağlı yeni təklif hazırladıqlarını və AFFA İcraiyyə Komitəsinə təqdim edəcəklərini bildirdi: “Qəbələ” və “Qarabağ” klubları limitin 6+5-dən, 7+4-ə dəyişdirilməsinin tərəfdarıdır. Qərara gəldik ki, növbəti iclasa hər klub öz təklifi ilə gəlsin və onları AFFA İcraiyyə Komitəsinə təqdim edək. "6+5"dən 7+4"dək artırılması ilə bağlıdır”


Təbii ki, yaxın perspektivdə qeyri-adi bir hadisə baş verməsə hazırda tətbiq edilən limitin indikindən ciddi şəkildə fərqlənən formulla dəyişdiriləcəyi inandırıcı görünmür. Təsadüfi deyil ki, “Qəbələ” və “Qarabağ” klublarının rəhbərləri də 7+4 təklif ediblər. Hərçənd bu formulda avrokubokda çıxış istənilən komanda üçün maneədir. 

Milli komandanın beynəlxalq arenada uğurlu çıxış etməyi klublarımızın avrokuboklarda əldə etdiyi nəticələrdən birbaşa asılıdır. Ona görə də, AFFA rəhbərliyi bu işə bir çözüm tapmalıdır. Avrokubokda mübarizə aparan komandaların da yolunu açmaq lazımıdır.


Fanat.Az İdman Agentliyi olaraq bizim də legioner limiti ilə bağlı müəyyən təkliflərimiz var:


1. Avrokuboka vəsiqə qazanan klublara fərqli limit tətbiq edilsin. Məsələn, “Qarabağ” və “Qəbələ” üçün 8+3, digərlərinə 6+5.

2. Əsas heyətində 2 nəfər 1994-cü il təvəllüdlü futbolçu oynadacaq klublara müəyyən məbləğdə pul ödənilsin. Bu, maddi imkanı aşağı olan klublar üçün dəstək, avrokubokda çıxış edənlər üçün isə yaşıl işıqdır. Yəni, həmin klublar gənc oyunçu oynatmaq yükündən azad olarlar.

3. Matçların deyil, mövsümün iştirak ərizəsi üçün limit tətbiqi. Məsələn, hər bir kluba heyətində 12 legioner saxlamağa icazə verilsin. 


Ümumiyyətlə, limit məsələsi bu sahəni dərindən bilən, beynəlxalq təcrübəsi olan şəxslərin, klub rəhbərlərinin, məşqçilərin iştirakı ilə geniş müzakirə olunmalı və yalnız bundan sonra yekun qərar verilməlidir. Bu, yalnız İcraiyyə Komitəsinin üzvlərinin ixtiyarına buraxılacaq bir iş deyil.


Bu günə qədər limitin ciddi bir faydasını görməmişik, bundan sonra da heç nə dəyişməyəcək. Luçeskunun da dediyi kimi, limit – ikibaşlı bir dəyənəkdir: bir tərəfi ilə avrokuboka çıxış edən klublarımıza, digər tərəfi ilə isə yerli futbolçuların inkişafına zərbə vurur.

Bəli, futbolçuların inkişafına məhz zərbə vurur, onları irəli aparmır. Çünki yerli oyunçu limitə arxayındır, oyayacağını bilir. Ona görə də heç vaxt risk etmək, irəliyə baxmaq barədə düşünmür. Təsadüfi deyil ki,  futbolçularımız Avropaya meyl etmirlər. Ona görə yox ki, Avropada onları heç kim istəmir, əsas ona görə ki, yerli oyunçu vətəndə gedə biləcəyi yerdən daha çox qazanır. 


Ancaq limit olmasa, futbolçularımız həm daxildə, həm də xaricdə ciddi rəqabətlə üzləşərlər. Onlarla eyni səviyyədə, amma onlardan 2-3 dəfə aşağı qiymətə oynamağa razı olan əcnəbilər peyda olar – bütün tablo dəyişər. İnkişaf rəqabətdən doğur. Limitdən yapışıb 2020-yə milli üçün oyunçu hazırlamaq yanlış seçimdir...


Fanat.Az



OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Azərbaycan kuboku:

30 Mart 2017 20:44

Səfirin məktubu 123 MİN DOLLARA SATILDI

30 Mart 2017 20:42

"Dinə inanmağın mənası yoxdur" - Azərbaycanı dünyaya tanıdan alim - FOTO

30 Mart 2017 20:37

5 yaşlı uşağın axtarışına başlanıldı

30 Mart 2017 20:33

Çində niqab QADAĞAN EDİLDİ

30 Mart 2017 20:32

Cəlilabadda qanunsuz at kəsimi və at əti tədarükü aşkarlandı - FOTOLAR

30 Mart 2017 20:28

Quşçuluq fermasında 30-dan artıq at cəmdəyi tapıldı - Cəlilabadda - FOTO

30 Mart 2017 20:27

Azərbaycanlı qızın erməni oğlanla

30 Mart 2017 20:25

İnsan orqanizmi üçün ən zərərli giləmeyvə

30 Mart 2017 20:18

Ukrayna malların Azərbaycan üzərindən daşınmasında maraqlıdır - FOTO

30 Mart 2017 20:17

Saqqal saxlamaq QADAĞAN OLUNDU

30 Mart 2017 20:17

Ərdoğanın proqramında dəyişiklik - PROBLEM YARANDI

30 Mart 2017 20:12

Nizami Hacıyev Zaur Svanadzenin taktikasını tənqid etdi

30 Mart 2017 20:07

Ən yaxın iki ildə MÜHARİBƏ, Moskva 20 il sonra... – GÜNÜN SİYASİ XÜLASƏSİ

30 Mart 2017 20:03

“Qolları həddiyə edəndən sonra futbolçular “sındı” - Zaur Svanadze

30 Mart 2017 19:57

"WhatsApp"da virus YAYILDI

30 Mart 2017 19:57

"Qəbələ" finalın qapısını açdı - VİDEO

30 Mart 2017 19:57

Bakıda ikimərtəbəli ev YANDI

30 Mart 2017 19:52

Hacı Şahin: "Metro öpüşmək yeri deyil. Bu, günahdır..."

30 Mart 2017 19:50

Çində niqab qadağan edildi

30 Mart 2017 19:48

Nəriman Həsənzadə: "Xumar sözlərimə yeni nəfəs verib..."

30 Mart 2017 19:47

Sevinc Mirzəyevanın bacısı ondan imtina etdi

30 Mart 2017 19:44

5 yaşlı uşağın axtarışı başladı - Azərbaycanda

30 Mart 2017 19:42

Xorvatlar "Qəbələ"ni sevindirdi

30 Mart 2017 19:38

"Büstü düzəldəndə Ronaldunun internetdən tapdığım şəkillərindən istifadə etmişəm"

30 Mart 2017 19:37

Yığmamız Tailanda yollanır

30 Mart 2017 19:37

“Onun pərt olmasını başa düşmək olar” - Roman Qriqorçuk

30 Mart 2017 19:37

Çimərliklərə kanalizasiya suları axıdılmayacaq

30 Mart 2017 19:33

Putin Trampla görüşməyə hazırdır

30 Mart 2017 19:28

Arvadı 72 yaşlı aktyorla boşanır

30 Mart 2017 19:27

Azərbaycan KUBOKU: "Qəbələ" səfərdə "İnter"i məğlub etdi

30 Mart 2017 19:19

Fatimə təmtəraqlı ad günü edəcək - FOTO

30 Mart 2017 19:12

Qəbələdə ər arvadının boğazını kəsdi

30 Mart 2017 19:12

Fahriye və Burak qərarlarını verdilər!

30 Mart 2017 19:12

Zərərçəkən: “Azad olunmağım üçün MTN əməkdaşlarına 30 min dollar verdim”

30 Mart 2017 19:09

“Abay” kitabı təqdim olundu

30 Mart 2017 19:08

Azərbaycanlı qızın erməni KİŞİ İLƏ YENİ GÖRÜNTÜLƏRİ YAYILDI - FOTO/VİDEO

30 Mart 2017 19:03

Bakıda 3 otaqlı ev yanıb

30 Mart 2017 18:59

Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

30 Mart 2017 18:57

Nüsrət məşhur seriala çəkildi - FOTO

30 Mart 2017 18:57

Arıqlamaq üçün 500 min dollar xərclədi - FOTO

30 Mart 2017 18:47

Daha bir küçədə hərəkət məhdudlaşdırılır

30 Mart 2017 18:44

Mədəniz ağrıyırsa, bundan yeyin

30 Mart 2017 18:42

Kişiləri bihuş edən gözəlçə milyonçu ərini ziyalı kişiyə DƏYİŞDİ - FOTO

30 Mart 2017 18:38

Beynəlxalq Muğam Mərkəzində "Baku Brass" nəfəs alətləri ansamblının konserti keçiriləcək

30 Mart 2017 18:37

Almaniya vətəndaşının evindən oğurluq edən qadına 8 İL HƏBS TƏLƏBİ

30 Mart 2017 18:34

Komitə sədri: “Azərbaycanda ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi yüksəlib”

30 Mart 2017 18:33

İlham Əliyevdən əlillərlə bağlı vacib sərəncam - 2 milyon manat ayrıldı

30 Mart 2017 18:33

Bakıda festival keçiriləcək

30 Mart 2017 18:32

Azərbaycanda çimərlik turizminin inkişafına dair Tədbirlər Planı təsdiq edilib

30 Mart 2017 18:32