Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sabiq klub prezidentinə 7 illik həbs tələbi

Sabiq klub prezidentinə 7 illik həbs tələbi

Date: 14 November 2016 15:22

"Trabzonspor"un sabiq prezidenti İbrahim Hacıosmanoğlu həbs edilə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, buna səbəb onun ötən il keçirilən "Trabzonspor" - "Qaziantepspor" (2:2) matçından sonra hakimlərə qarşı etdiyi hərəkətdir.

Belə ki, oktyabrın 28-də baş tutan qarşılaşmadan sonra baş hakim Çağatay Şahan və 5 köməkçisi 5 saata yaxın paltardəyişmə otağında qalıblar. Hacıosmanoğlu hakimlərin oyunda qərəzli mövqe tutmalarını əsas gətirərək, onları girov götürmüşdü.
 
Həmin briqadada yer alan hakimlər bununla bağlı məhkəməyə müraciət edərək, təqsirkar bilinən 27 nəfərin həbsini istəyib. Hacıosmanoğlunun 2 ildən 7 ilə qədər, həmçinin Türkiyə Futbol Federasiyasının vitse-prezidenti İbrahim Ustanın referiləri təhqir etdiyi əsas gətirilərək 1 ildən 2 ilə qədər həbs edilməsi tələb olunub. Klub rəsmiləri və inzibati işçilər də daxil olmaqla digər 25 nəfərin isə 2 ildən 7 ilə qədər həbsi tələb edilib.
 
Qeyd edək ki, həmin vaxt yalnız Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın zəngindən sonra İbrahim Hacıosmanoğlu yerli vaxtla saat 03:45-də hakimlərin buraxılmasını tapşırmışdı.

Milli.Az


Tags:  Sabiq klub prezidentinə illik həbs tələbi

RƏYLƏR


Top news