Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müxalifətdə yeni QALMAQAL: "Xədicə İsmayıl yalançı, saxtakardır"

Müxalifətdə yeni QALMAQAL: "Xədicə İsmayıl yalançı, saxtakardır"

Date: 14 November 2016 15:37

İctimai Birliklərin Mədən sənayesində şəffaflığın artırılması Koalisiyasının əlaqələndiricisi, iqtisadçı Qubad İbadoğlu və jurnalist Xədicə İsmayıl arasında qalmaqal yaşanır.

Milli.Az azvision.az-a istindən bildirir ki, Xədicə İsmayılın sosial şəbəkədəki səhifəsində yazdığı "Azərbaycanda müstəqil mətbuat yoxdur" statusu ilə Q.İbadoğlu razılaşmayıb. İkinci bildirib ki, dediklərini olduğu kimi çap edən media qurumları varsa, "müstəqil mətbuat yoxdur" fikrini söyləmək olmaz. 

Qubad İbadoğlunun mövzuya yanaşması radikal düşüncəli X.İsmayılı özündən çıxarıb və profilində onu tənqid edib. Qeyd edib ki, Qubad İbadoğlu fəaliyyətinə görə qınanmadığından özünü çox rahat hiss edir.

Q.İbadoğlunun cavabı gecikməyib. O, yazdığı statusda jurnalist X.İsmayılı yalançı müxalif, saxta vətənpərvər adlandırıb: "Siz ey Vətən, millət, dövlət anlayışlarına gizli nifrətini zaman-zaman büruzə verən, əlacsız qalanda son çarə kimi "Çamur at, izi qalsın" prinsipi ilə mövcudluğunu sürdürən prinsipsizlər - yalançı müxaliflər, saxta vətənpərvərlər! Qulaqlarınızı açın və eşidin: Mən təmsil olunduğum istənilən beynəlxalq və yerli platformada əsaslandırılmış müstəqil mövqedən çıxış edirəm, mövqeyim həmişə Azərbaycan dövlətinin və müstəqil vətəndaş cəmiyyətinin maraqlarının müdafiəsi üzərində qurulub. Şəxsiyyətimə və beynəlxalq arenadakı uğurlu fəaliyyətimə qarşı qərəzinizi boğub içinizdə gömün, əvvəlcə MSŞT-nin açılışının nə olduğunu öyrənin, sonra bu platformanın fəaliyyəti barədə fikir bildirin! 

Bilin ki, kirli təfəkkürünüzün məhsulu olan böhtan, hədyan və uydurma ssenarilər məni ali prinsiplərimdən geri döndərə bilməz və bundan sonrakı fəaliyyətimdə də müstəqil vətəndaş cəmiyyətinin maraqlarından çıxış edərək, həm təmsil olunduğum düşərgənin haqlı mövqeyini, həm də Azərbaycan dövlətinin mənafeyini müdafiə edəcəyəm!".

Q.İbadoğlu statusunun sonunda X.İsmayılı və onun kimi düşünənləri açıq müzakirəyə dəvət edib. 

Milli.Az


Tags:  Müxalifətdə yeni QALMAQAL Xədicə İsmayıl yalançı saxtakardır

RƏYLƏR


Top news