Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Akif Çovdarovun işində zərərçəkən şirkət rəhbərinə cəza istənildi

Akif Çovdarovun işində zərərçəkən şirkət rəhbərinə cəza istənildi

Date: 14 November 2016 15:42

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Real MTK"nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edərək təqsirləndirilən şəxsin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Məhkəmə prosesi noyabrın 18-də davam etdiriləcək.

Qeyd edək kİ, İ. Qasımov bu ilin iyun ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir. 

İ. Qasımov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun işində zərərçəkmiş kimi tanınır.

Milli.Az


Tags:  Akif Çovdarovun işində zərərçəkən şirkət rəhbərinə cəza istənildi

RƏYLƏR


Top news