Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyə bu məhsulu piştaxtalardan yığışdırır

Türkiyə bu məhsulu piştaxtalardan yığışdırır

Date: 14 November 2016 15:42

Türkiyədə tütün məmulatlarının satış qaydalarının sərtləşdirilməsi ilə bağlı qara rəngdə qutulaşdırılmış siqaretlərin satışı qadağan olunacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu açıqlamanı Türkiyə parlamentinin büdcə planlaşdırması komissiyasının iclasında çıxışı zamanı ölkənin səhiyyə naziri Rəcəb Akdağ deyib.

Onun sözlərinə görə, məhsulun istehsal edildiyi markanın adının müəyyənləşdirilməsində çətinlik yarandığından qara qutularda qablaşdırılmış siqaretlərin satışı ölkədə qadağan ediləcək.

Qeryd edək ki, Türkiyədə tütün məmulatlarının istifadəsi ilə bağlı qaydalar 2015-ci ilin yanvarından sərtləşdirilib. 2008-ci ildən isə icitmai yerlərdə siqaret çəkməyə görə cərimə tətbiq olunub.

Milli.Az


Tags:  Türkiyə bu məhsulu piştaxtalardan yığışdırır

RƏYLƏR


Top news