Aygün Kazımova ilə Elton yenidən bir arada - fotolar

Aygün Kazımova ilə Elton yenidən bir arada -  fotolar
15:46 14 Noyabr 2016
157 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Aygün Kazımova ilə müğənni Elton Hüseynəliyev yenidən birlikdə görüntüləniblər.

Axşam.az-ın məlumatına görə, ifaçılar açılış mərasimlərindən birində fotokameralara tuş gəliblər.

Müğənnilər arasında bir müddət əvvəl xoşagəlməz hal yaşanmış və onlar küsmüşdü.

E.Hüseynəliyev A.Kazımova ilə bağlı “Aygün xanım şəxsən özü mənə duet oxumaq təklif etmişdi. Məni istəmədən Aygün-Röya qalmaqalına qatdılar. Aygün xanımla münasibətimiz kəsildi. Mənim dostluq anlayışım başqadır. Dostuma deyə bilmərəm ki, düşmənimlə danışma. Qadın kişiyə zəng edib deməməlidir ki, düşmənimlə efirə çıxma” sözlərini demişdi.

E.Hüseynəliyev daha sonra açıqlama verərək, A.Kazımovaya qarşı yanlışlıq etdiyini söyləmiş və barışıq addımı atmışdı:

“Ölkənin ən böyük ulduzudur. Çoxu deyə bilər ki, əvvəl başqa danışırdı, indi başqa. Bir az zaman keçəndən sonra insan fikirləşir, səhvini başa düşür. Söz-söhbət başlayanda, barışıq üçün ilk kişi addım atmalıdır. Oturub gözləməyəcəm ki, xanım mənə zəng vursun. Aygün xanımla münasibət yaxşı deyildi, zəng vurdum, könlünü aldım. O da barışıq istəyimi geri çevirmədi”.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61097

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR