Rusiya ilə İran arasında viza rejimi ləğv oluna bilər

Rusiya ilə İran arasında viza rejimi ləğv oluna bilər
15:47 14 Noyabr 2016
59 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya ilə İran arasında vizalar gələcəkdə ləğv oluna bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko deyib.

Spikerin sözlərinə görə, bu barədə iki ölkənin konsul xidmətləri arasında məşvərətlər davam edir. Bu barədə yekun müddəalar dekabrın 13-də Tehranda hökumətlərarası komissiyanın iclasında qəbul oluna bilər.

V.Matviyenko qeyd edib ki, ötən il iki ölkə arasında viza rejiminin sadələşdirilməsi barədə razılıq əldə olunmuşdu. Spiker bu razılaşmadan sonra İran və Rusiya arasında gediş-gəlişin sayının iki dəfə artdığını qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/489263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR