AFFA-da fövqəladə iclas

AFFA-da fövqəladə iclas
15:47 14 Noyabr 2016
45 İdman
Ölkə mətbuatı
A- A+

AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib. 

Fanat.Az assosiasiyanın rəsmi saytın istinadən xəbər verir ki, toplantıda AFFA-nın prezidenti Rövnəq Abdullayev, I vitse-prezident Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov, İK-nın digər üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov iştirak ediblər. 


Aparılmış müzakirələrən sonra aşağıdakı qərarlar qəbul edilib:


1. Nəticəsinin şübhəli olması ehtimal edilən oyunlarla bağlı AFFA tərəfindən aparılan araşdırmanın nəticəsi barədə İcraiyyə Komitəsinə məlumat təqdim olunsun.


2. AFFA-nın növbəti Konfransı 2017-ci il mart ayının birinci yarısında keçirilsin. Konfransın dəqiq tarixinin müəyyənləşdirilməsi baş katibliyə həvalə olunsun.


3. AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülsün.

 



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-affa-da-fovqlad-iclas-t54144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR