Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Arda Turanın yeni sevgilisi var - İDDİA

Arda Turanın yeni sevgilisi var - İDDİA

Arda Turan qərarını verdi: "Barselona"dan gedir? (23 Mart 2017 16:07)
Arda Turan keçmiş sevgilisi ilə barışdı (18 Mart 2017 19:12)
Arda Turan keçmiş sevgilisi ilə BARIŞDI (18 Mart 2017 18:12)

Tarix: 14 Noyabr 2016 15:52

Futbolçu Arda Turanın yeni sevgi münasibətinə başladığı xəbəri yayılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Türkiyə yığma komandası Kosovanı 2:0 məğlub etdikdən sonra İstanbuldakı klublardan birində partidə iştirak ediblər. Gecəyə komanda yoldaşı Burak Yılmazla qatılan Arda orada model Didem Soydanla yaxınlaşıb.

Arda ilə Didemi dostları tanış etdikdən sonra ikili səhərə qədər əylənib, rəqs edib. Onların səmimi münasibəti hər kəsin marağına səbəb olub. 

Qeyd edək ki, Arda Aslıhan Doğanla sevgilidir və bu yay cütlüyün evlənəcəyi gözlənilirdi. Lakin futbolçu karyerasını daha üstün tutaraq toy istəmədiyini deyib, Aslıhandan İnstaqramda paylaşdığı birgə fotoları silməsini xahiş edib. Bunun ardından sevgililərin ayrıldığı deyilsə də, Arda hər şeyin qaydasında olduğunu bildirmişdi.

D.Soydan isə 2 illik sevgilisi müğənni Can Bonomo ilə bu yay evliliyə hazırlaşsa da, cütlük ayrılmışdı.

Milli.Az


Teqlər:  Arda Turanın yeni sevgilisi var İDDİA



RƏYLƏR


Top xəbərlər