Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Uğur qazanan cüdoçularımız vətənə qayıtdılar - FOTOlar

Uğur qazanan cüdoçularımız vətənə qayıtdılar - FOTOlar

Date: 14 November 2016 15:57

İsrailin paytaxtı Təl-Əviv şəhərində keçirilən Avropa birinciliyində tarix yazan cüdo üzrə gənclərdən ibarət milli komandamızın üzvləri vətənə qayıdıblar.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılarımızı Azərbaycan Cüdo Federasiyasının rəsmiləri və cüdo ictimaiyyətinin nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, millimiz İsraildən 2 medalla qayıdıb. 73 kq çəki dərəcəsində yarışan Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. 90 kq çəkidə yarışan Firudin Dadaşov isə qitə birinciliyinin bürünc medalını qazanıb.

Milli.Az








Tags:  Uğur qazanan cüdoçularımız vətənə qayıtdılar FOTOlar

RƏYLƏR


Top news