Bu gün Ay yerə yaxınlaşacaq - 68 ildə ilk dəfə

Bu gün Ay yerə yaxınlaşacaq -  68 ildə ilk dəfə
16:01 14 Noyabr 2016
279 Şou
Ölkə mətbuatı
A- A+

Təbiət hadisələrindən biri olan Ayın Yerə yaxınlaşması başlayıb.

Axşam.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov deyib ki, artıq Ay Yerə ən yaxın məsafədədir.
 
“Super Ay” hadisəsi 15:24-dən başlayaraq müşahidə olunacaq. Amma prosesi gün batanda görmək mümkün olacaq.
 
Hazırda Ayla Yer arasındakı məsafə 356 min 512 kilometrdir.
 
X.Mikayılovun sözlərinə görə, buna oxşar yaxın məsafə 1948-ci ildə qeydə alınıb. O zaman Ayla Yer arasında 356 min 465 km məsafə qeydə alınıb.
 
Bu gün baş verən hadisə son 68 ilin ən böyük yaxınlaşması hesab olunur. Ay həmişə olduğundan təxminən 14 faiz daha böyük görünəcək.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61100

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR