Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yardımlı rayonunun iki kəndi içməli su ilə təchiz olunub

Yardımlı rayonunun iki kəndi içməli su ilə təchiz olunub

Date: 14 November 2016 16:07

Bakı. 14 noyabr. REPORT.AZ/ “Azərsu” ASC Yardımlı rayonunun Yolocaq və Horoni kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması layihəsinin icrasını yekunlaşdırıb. Bu barədə "Report"a adı çəkilən qurumdan bildirilib. 
Məlumata görə, bu işlər "Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilib. 
“Azərsu” ASC yanında “Birləşmiş Sukanal” MMC-nin direktor müavini Ramin Sadıqov kənd yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilən layihələrin gələcəkdə də davam etdiriləcəyini deyib: “Dövlət başçısının istehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Yardımlı rayonunun Yolocaq və Horoni kəndlərini içməli su ilə təmin etmək üçün 3,6 km magistral su xətti çəkilib, 50 kubmetr tutumu olan su anbarı quraşdırılıb, hər bir ev təsərrüfatına birləşmə verilib. Layihənin icrası nəticəsində bu kəndlərdə 1500-dən çox sakinin içməli su təchizatı yaxşılaşdırılıb”.
Tədbirdə çıxış edən kənd sakinləri qeyd ediblər ki, bu günədək içməli suyu böyük çətinliklərlə uzaq məsafədən, hətta qonşu kəndlərdən müxtəlif vasitələrlə daşıyıblar. Yeni layihənin icrası nəticəsində bu problem həll edilib.
Ümumilikdə layihə çərçivəsində Yardımlı rayonunun Osnakəran, Bürzünbül, Vərgədüz, Bilnə, Əngövül, Vərov, Yolocaq, Horoni, Separadi, Keçələkəran, Bozayran, Dəryavar, Sırıq, Anzov, Hamarkənd və Zəngənə kəndlərində 12 mindən çox sakinin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur. Bu kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq Sineyir mənbəyi seçilib. Su mənbəyində sugötürücü qurğu inşa edilib, buradan yaşayış məntəqələrinə qədər 30,6 km uzunluğunda magistral kəmər çəkilib, su anbarları tikilib. 
Qedy edək ki, ötən ildə Vərgədüz, Osnakəran, Bürzünbül, Bilnə, 2016-cı ildə Vərov, Yolocaq və Horoni kəndlərinə suyun verilməsi təmin edilib, ümumilikdə 8 mindən çox sakinin içməli su təchizatı yaxşılaşdırılıb.




Tags:  Yardımlı rayonunun iki kəndi içməli su təchiz olunub

RƏYLƏR


Top news