Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Burkina Faso Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır

Burkina Faso Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır

Date: 14 November 2016 16:07

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycanın energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Burkina Fasoda rəsmi səfərdə olub. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib. 
Məlumata görə, səfər çərçivəsində ölkənin paytaxtı Uaqaduqu şəhərində bir sıra ikitərəfli görüşlər keçirilib. Burkina Faso parlamentinin - Milli Assambleyanın sədri Salif Diallo ilə keçirilən görüşdə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, “Azərikimya” İstehsalat Birliyinin və “SOCAR Trading” şirkətinin rəhbər şəxsləri də iştirak ediblər. 
Görüşdə Azərbaycan və Burkina Faso arasında diplomatik əlaqələrin 2004-cü ildə yaradıldığı, iki dövlət arasında əməkdaşlığın BMT, İslam Əməkdaşlıq Təşkilatı, habelə Azərbaycanın müşahidəçi status daşıdığı Afrika İttifaqı çərçivəsində həyata keçirildiyi vurğulanıb, qarşlıqlı əməkdaşlığın inkşafı üçün geniş perspektivlərin olduğu qeyd edilib. 
N. Əliyev Azərbaycanda həyata keçirilən uğurlu enerji strategeiyası barədə ətraflı məlumat verib, Azərbaycanın təşəbbüsü və yaxından iştirakı ilə həyata keçirilən regional və beynəlxalq əhəmiyyətli layihələrdən bəhs edib. Azərbaycanın əsas neft və təbii qaz ixracatçılarından biri kimi dünya enerji bazarında oynadığı rol xüsusi qeyd edilib. 
Görüşdə Burkina Fasonun əsas enerji daşıyıcalarını idxal etdiyi, bu ölkənin Azərbaycanla qarşılıqlı əlaqələrin inkişafında, xüsusilə enerji sahəsində əməkdaşlıqda maraqlı olduğı qeyd edilib.           



Tags:  Burkina Faso Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır


RƏYLƏR


Top news