Qastrol səfəri aktyorlarımıza fəxri ad və mükafatlar qazandırdı - FOTO

Qastrol səfəri aktyorlarımıza fəxri ad və mükafatlar qazandırdı - FOTO
16:12 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Gənc Tamaşaçılar Teatrının aprel repertuarı - CƏDVƏL (27 Mart 2017 15:05)

Azərbaycan Dövlət Gənc Tamaşaçlar Teatrının yaradıcı heyəti Rusiya Federasiyası Kalmıkiya Respublikasında qastrol səfərini uğurla başa vuraraq Vətənə dönüb. Noyabr ayının 5-dən start götürən budəfəki qastrol səfəri B.Basanqov adına Kamık Milli Dram Teatrının 80-ci yubileyinə təsadüf edib.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Kalmık Milli Dram Teatrının səhnəsində baş tutan yubiley gecəsinə RF-in Teatr Xadimləri İttifaqı nümayəndələrinin, RF Mədəniyyət Nazirliyinin, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, mədəniyyət müəssisələrinin və digər dəvət olunmuş teatr kollektivlərinin iştirakı ilə təntənəli şəkildə keçirilib.

Yubiley mərasimi Kalmık Teatrının yaranmasından bəhs edən videoçarxla başlayıb. Kalmıkiya Respublikasının dövlət başçısı, Xalq Xuralının (Parlament) sədri, şəhər merinin və Kalmıkiyanın nüfuzlu dövlət adamlarının çıxış etdiyi mərasimdə ADGTT-nın direktoru, Azərbaycan Respublikasının əməkdar artisti, Kalmıkiya Respublikasının əməkdar incəsənət xadimi Mübariz Həmidov çıxış edərək kalmıkiyalı həmkarlarını 80 illik yubiley münasibətilə təbrik edərək, Rusiya-Azərbaycan teatr əlaqələrinin inkişafında müstəsna rol oynayan iki respublikanın teatr kollektivini yaradıcılıq münasibətlərini yüksək qiymətləndirib. Daha sonra ADGTT-nın rəhbəri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kalmık Milli Dram Teatrına ünvanladığı təbrik məktubunu kollektivə təqdim edib. Sonra isə Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı aktyorları İlham Əsədov və Səbinə Məmmədovanın ifasında ölməz Üzeyir Hacıbəyovun musiqilərindən ibarət kompozisiya təqdim edilib.
Qastrol çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında olan bolqar yazıçısı P.Pançevin "Dörd əkizin nağılı", ötən ay Kalmık teatrının yaradıcı heyətinin ölkəmizdə qonaq olarkən ifa etdikləri "Qohumlar" tamaşası göstərilib.

Ötən teatr mövsümündə Kalmık Teatrının bədii rəhbəri, RF-in və Kalmık Respublikasının əməkdar incəsənət xadimi Boris Manciyevin hazırladığı, B.Basanqovun "Təəccüb doğuran hadisə" əsərinin motivləri əsasında Ə.Əmirli və V.Şuqrayevanın səhnə üçün işlədikləri "Qohumlar" tamaşası bu dəfə də eksperiment şəklində təqdim olunub. Tamaşanın əsas rolları Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti, kütləvi səhnələr isə Kalmık Teatrının aktyorları tərəfindən ifa edilib.
Qastrol səfərinin təntənəli bağlanış mərasimində əməkdar artist Şövqi Hüseynov və aktyor İlham Əsədov Kalmıkiya Respublikasının əməkdar artisti fəxri adına, aktyor Elnur Kərimov "Stanislavski" medalına layiq görülüblər. Bundan başqa, əməkdar artistlər Naibə Allahverdiyeva, Nəsibə Eldarova, aktyorlar Elnur Hüseynov, Sona Babayeva, Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova, Səbinə Məmmədova, Mehriban Hüseynova, Ramil Məmmədov Kalmıkiya və Azərbaycan arasında "mədəni əlaqələrin genişləndirilməsi və inkişafındakı" xidmətlərinə görə Kalmıkiya Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Teatr Xadimləri İttifaqının diplomları və fəxri fərmanları ilə təltif olunublar.
Mükafatlandırma mərasiminin yekununda B.Basanqov adına Milli Dram teatrının baş direktoru Q.Şurayeva və bədii rəhbər B. Mandjiyev qarşılıqlı qastrol səfərlərinin uğurundan danışaraq təqdim etdiyi maraqlı tamaşalar və yubiley mərasimindəki uğurlu çıxışa görə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə və kollektivə təşəkkürlərini bildirərərk, hədiyyələrini təqdim ediblər.
Sonda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatının direktoru Mübariz Həmidov, teatrın baş rejissoru Bəhram Osmanov çıxış edərək göstərilən isti münasibətə görə öz dərin minnətdarlıqlarını bildirərək, iki ölkə teatrları arasındakı yaradıcılıq əlaqələrinin bundan sonra da davam ediləcəyini və yeni layihələrin həyata keçiriləcəyinə ümid etdiklərini qeyd ediblər.
Məlumat üçün bildiririk ki, qastrol səfərindən dərhal sonra ADGTT-nın baş rejissoru B.Osmanovun quruluşunda Kalmık Milli Dram Teatrının truppası ilə növbəti tamaşanın hazırlanmasına start verilib.

Milli.Az

















RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Məşhur aktyorun oğlu hər kəsi ŞOKA SALDI – FOTOLAR

27 Aprel 2017 15:23

Bakının tıxac problemi həll olunur - Görüləcək işlər açıqlandı

27 Aprel 2017 15:22

Qazaxıstanlı məşqçi: "Bakıdakı Dünya Kuboku çox vacib yarışdır"

27 Aprel 2017 15:22

Proqnoz: "Brent" markalı neftin qiyməti 50 dollar/bareldən aşağı düşə bilər

27 Aprel 2017 15:17

Azərbaycana humanitar yük idxalı 2 dəfə azalıb

27 Aprel 2017 15:17

Baş məşqçi: "İspaniyalı gimnastlar Dünya Kubokunda özləri haqqında söz etdirəcək" - FOTO

27 Aprel 2017 15:17

Millimiz uduza-uduza gedir

27 Aprel 2017 15:14

Gəncədə qoşulub qaçan qızlarla bağlı ƏN SON MƏLUMAT

27 Aprel 2017 15:13

Alişanın yeni sevgilisini özündən çıxardılar - FOTO

27 Aprel 2017 15:12

Bakı "İnter"inin Müşahidə Şurasına yeni sədr təyin olunub

27 Aprel 2017 15:12

Tbilisi prospektində tıxac bu cür aradan qalxacaq - RƏSMİ

27 Aprel 2017 15:09

325 dollarlıq idman ayaqqabıları

27 Aprel 2017 15:08

Türkiyədə terrorçu PKK qruplaşması ilə atışmada iki hərbçi yaralanıb

27 Aprel 2017 15:07

KONMEBOL-la bağlı hesabat: 128,6 milyon dollar “yeyilib”

27 Aprel 2017 15:05

Fransada polislər güllələndi - NÖVBƏTİ TERROR AKTI

27 Aprel 2017 15:04

Yüzlərlə tank və top SƏRHƏDƏ YERİDİLDİ: hər an müharibə başlaya bilər - VİDEO

27 Aprel 2017 15:03

İş axtaranların NƏZƏRİNƏ!

27 Aprel 2017 14:59

Həyatından bezənlər üçün YENİ İMKAN

27 Aprel 2017 14:53

Türkiyəli deputat: "Beynəlxalq birlik Qarabağ məsələsində ikiüzlülük göstərir" - FOTO

27 Aprel 2017 14:52

Bakı Nəqliyyat Agentliyi beynəlxalq məsləhətçi qismində "GEMMS Group"u cəlb edib

27 Aprel 2017 14:52

Fərid: "Şəhriyar artıq şəmkirli hesab olunur"

27 Aprel 2017 14:52

RİİB-in təşkilatçılığı ilə Şəki-Zaqatala regionunda turizm bələdçiləri üçün təlim keçirilib

27 Aprel 2017 14:52

Türkiyənin gənclər və idman naziri İslamiadanın açılışına gələcək

27 Aprel 2017 14:52

18 kv metrlik qarajı lüks bağ evinə çevirdilər - FOTOLAR

27 Aprel 2017 14:48

Rasim Balayev: "Hazırda səhhətim qaydasındadır"

27 Aprel 2017 14:47

Məşhur komediya aktyorundan pis xəbər - FOTO

27 Aprel 2017 14:47

"Nazlı" romantik komediya filminin təqdimatı - FOTO

27 Aprel 2017 14:42

"Karyerasını Azərbaycanda davam etdirəcək"

27 Aprel 2017 14:42

Qızına 400 minlik toy edən məmurdan YENİ XƏBƏR - Araşdırma başladı

27 Aprel 2017 14:38

Sənət dünyasına çox ağır itki, tanınmış aktyor vəfat etdi

27 Aprel 2017 14:38

"Avropa Parlamentində Azərbaycanın nailiyyətlərinə göz yumurlar"

27 Aprel 2017 14:37

Avtobusda təcavüzə uğrayan qadından qeyri-adi İNTİQAM - FOTO

27 Aprel 2017 14:37

YUĞ Teatrında 2 yeni tamaşanın premyerası olacaq

27 Aprel 2017 14:37

“Instagram” istifadəçilərinin sayı 700 milyon təşkil edir

27 Aprel 2017 14:35

Ərdoğanı və ailəsini qoruyan polislər FETÖ-çü çıxdı - ŞOK ƏMƏLİYYAT

27 Aprel 2017 14:34

Ölümün qalib gələ bilmədiyi sevgi - FOTO

27 Aprel 2017 14:33

Bu ölkədə kişilər qadınlardan daha çox təcavüzə uğrayır - FOTO

27 Aprel 2017 14:32

"TAP lahiyəsi ilə bağlı problemlər həll edilib"

27 Aprel 2017 14:32

AFFA Lisenziyalaşdırma Qrupunun rəhbəri: “Növbəti mövsüm Premyer Liqada maksimum 10 komanda olacaq”

27 Aprel 2017 14:32

DSK: Keçən il Azərbaycanda 24 649 nəfər inzibati məsuliyyətə cəlb edilib

27 Aprel 2017 14:32

Deputat: "İstərdik ki, İtaliya Xocalı soyqırımı məsələsində mövqeyini bildirsin"

27 Aprel 2017 14:32

Nidaçı gəncin vəsatətləri təmin edilmədi

27 Aprel 2017 14:29

Gəncədə sevgili olan qızlar qoşulub qaçdı - ŞOK

27 Aprel 2017 14:28

Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin koordinatoru həbs edilib

27 Aprel 2017 14:27

Polşa şirkəti "Qazprom"dan şikayət edib

27 Aprel 2017 14:27

Qoşunların qarşıdurma xəttində monitorinq keçirildi

27 Aprel 2017 14:23

Erməni Kardaşyanın makiyajsız FOTOları

27 Aprel 2017 14:22

İTV Yayım Şurasının yeni sədri: "Qeyri-adi yeniliyə, dönüşə ehtiyac görmürəm"

27 Aprel 2017 14:22

Azərbaycanlı iş adamı Qazaxıstanda yüksək vəzifəyə təyin edildi - FOTO

27 Aprel 2017 14:22

Ərşad Hüseynov: "Bakıda avtomobilləşmə səviyyəsi 25%-dir"

27 Aprel 2017 14:22