Türkmənistanda FETÖ əməliyyatı - 19 iş adamı tutuldu

Türkmənistanda FETÖ əməliyyatı - 19 iş adamı tutuldu
16:22 14 Noyabr 2016
86 Dünya
Ölkə mətbuatı
A- A+

Türkmənistanın Ahal vilayətində xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat zamanı 19 nəfər saxlanılıb.

Milli.Az bildirir ki, bu barədə azvision.az Türkmənistan KİV-nə istinadən xəbər verir. 

Məlumata əsasən saxlanılanların böyük əksəriyyəti biznesmenlərdir. Onların hamısı Türkmənistan -Türkiyə məktəbləri və ya Türkiyə universitetlərinin məzunlarıdır. Onlar Fətullah Gülənin yaratdığı "Hizmət" hərəkatı ilə əlaqədə şübhəli bilinirlər. 

Nəşr xatırladır ki, sentyabrın 13-də Türkmənistan və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Rəsmi məlumatlara əsasən, liderlər bir sıra regional və beynəlxalq məsələləri müzakirə ediblər. Qeyri-rəsmi məlumatlara görə, telefon danışığı zamanı söhbət "bütün region üçün təhlükə törədə biləcək" Gülən tərəfdarları ilə birgə mübarizədən gedib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/489288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR