Özbəkistan Dövlət Tarix Muzeyində "Azərbaycan pavilyonu"u açılıb

Özbəkistan Dövlət Tarix Muzeyində "Azərbaycan pavilyonu"u açılıb
16:27 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Özbəkistanın Milli Elmlər Akademiyasının Dövlət Tarix Muzeyində "Azərbaycan pavilyonu"nun açılışı olub.

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, açılışda Özbəkistanın tanınmış elm, təhsil, mədəniyyət təmsilçiləri, ictimaiyyət nümayəndələri, jurnalistlər, Daşkənddə yaşayan azərbaycanlılar iştirak ediblər.
Muzeyinin direktoru Cənnət İsmayılova Azərbaycanın Özbəkistan üçün böyük əhəmiyyət daşıdığını və iki xalq arasında dil, mədəniyyət, din, adət və ənənələr və başqa sahələrdə bağlılığın, oxşarlığın çox olduğunu qeyd edib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov rəhbərlik etdiyi qurumun təşkil etdiyi pavilyonun əhəmiyyətindən danışaraq, burada Azərbaycanın zəngin dövlətçilik tarixi, mədəniyyəti, təbiəti, turizm resursları, adət və ənənələrinə dair nümunələr nümayiş etdiriləcəyini vurğulayıb.  

Açılış mərasimində Özbəkistanın tanınmış sənətçiləri Azərbaycan mahnılarını oxuyub, Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamlı Azərbaycan milli rəqsləri ifa ediblər.

Qeyd edək ki, Dövlət Tarix Muzeyi ölkənin ən böyük muzeyi hesab hesab olunur və Özbəkistanın ən qədim dövrdən müasir dövrə qədər tarixini özündə əks etdirir. 










Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/ozbekistan-dovlet-tarix-muzeyinde-azerbaycan-pavilyonu-u-acilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR