Yunanıstan səfirliyinin nümayəndəsi BBF-də olub

Yunanıstan səfirliyinin nümayəndəsi BBF-də olub
16:32 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Yunanıstan Azərbaycandakı Səfirliyində İqtisadi şöbənin rəhbəri Vassilios Sitaras “Baku Business Factory”nin (BBF) qonağı olub. “Report” xəbər verir ki, V. Sitaras “Baku Business Factory”nin İdarə Heyətinin üzvü Anar Əskərov və şirkətin layihələr üzrə meneceri Rəşad Məmmədovla görüşüb.
Görüş zamanı V.Sitarasa BBF şirkətində yaradılmış şərait, BBF-in məqsəd və gələcək planları barədə məlumat verilib.
Həmçinin görüşdə Yunanıstan şirkətləri ilə BBF-də olan və müraciət edən “start up”larla əlaqələrin inkişaf etdirilməsi müzakirə olunub.
Səfirliyin şöbə rəhbəri Vassilios Sitaras görüşdən sonra öz təəsüratlarını “Report”la bölüşüb. Müsahibəni sizə təqdim edirik.
Artıq siz “Baku Business Factory”nin (BBF) menecmenti ilə görüşmüsüz. Təəssürat və gözləntilərinizi bilmək maraqlıdır. Həmçinin soruşmaq istərdim ki, BBF-in təcrübəsini Yunanıstan “start-up” bazarına transferi mümkündürmü?
Mən “Baku Business Factory”də (BBF) olmaqdan çox şadam. Bu çox böyük təşəbbüsdür. Düşünürəm ki, Azərbaycanın bu tip təşəbbüslərə böyük ehtiyacı var. Bu ölkədə biznesin inkişafı və istehsalın fərqləndirilməsi üçün əhəmiyyətlidir və həmçinin neftdən asılı olmayan sənayenin yaradılması baxımından da əhəmiyyətə malikdir. Əslində, Yunanıstanın da “start-up”larla bağlı oxşar təcrübəsi var. Xoş hadisə o oldu ki, BBF rəsmiləri mənə siyahı təqdim etdi. Hansı ki, Yunanıstanda da oxşar institutlar mövcuddur. Mənim onların ən əhəmiyyətli olanlarını özüm üçün qeyd etmək şansım oldu və düşünürəm ki, əməkdaşlıq imkanlar çox genişdir. Bu təcrübə mübadiləsinə və hər iki ölkədə olan institutların performansının artmasına şərait yaradacaq.
Yunanıstand olan “start-up” institutları BBF-in təcrübəsindən yararlana bilərlər, həmçinin BBF bizim ölkədə olan tərəfdaşlarının təcrübəsini mənimsəyə bilər. Tezliklə hər iki tərəf arasında əlaqə yaradacam.
İlk baxışdan belə görünür ki, Azərbaycanda “start-up” layihələrin əksəriyyəti İKT ilə bağlıdır. Bəs Yunanıstanda əsasən hansı sahələrdə “start-up” layihələr irəi sürülür?
Təbii ki, Azərbaycanda olduğu kimi Yunanıstanda da İKT sektoru çox böyük əhəmiyyətə malikdir. Düşünürəm ki, təkcə İKT ilə kifayətlənmək olmaz. İqtisadiyyatın digər aspektlərinə də baş vurmaq lazımdır. Əsasən də real istehsal imkanlarına malik sahələri sınamaq lazımdır. Misal üçün, kənd təsərrüfatı. Hansı ki, Azərbaycanın çox böyük potensialı var. Mənim üçün çox xoş oldu ki, burada kənd təsərrüfatı ilə məşğul olan kampaniyalar da gördüm. Məncə istehsal sahələrini genişləndirmək üçün fundamental sahələrdən başlamaq olar. Uzun illər kənd təsərrüfatı iqtisadiyyatın əsas sahəsi hesab edilib. Ona üçün bu sahədə də inkişafa nail olmaq vacibdir. Məncə BBF-in də bu sahələrin böyük potensialı var.
Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.






Xəbərin orijinal ünvanı: https://report.az/biznes/yunanistan-sefirliyinin-numayendesi-bbf-de-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR