Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan VII Avropa Film Festivalında “Qırmızı bağ”la təmsil olunub

Azərbaycan VII Avropa Film Festivalında “Qırmızı bağ”la təmsil olunub

Azərbaycan filmi beynəlxalq mükafata layiq görüldü (06 Mart 2017 20:57)
“Qırmızı bağ” "Ən yaxşı bədii film” mükafatına layiq görülüb (06 Mart 2017 13:52)
"Qırmızı bağ" bədii filmi "Nika" mükafatına layiq görülüb (02 Mart 2017 20:12)

Tarix: 14 Noyabr 2016 16:32

Bakı. 14 noyabr. REPORT.AZ/ Bakıda keçirilən VII Avropa Film Festivalı çərçivəsində Mirbala Səlimlinin “Qırmızı bağ” filmi "MetroPark Cinema" kinoteatrında nümayiş olunub.
Mədəniyyət ve Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, festival Avropa İttifaqı nümayəndəliyi və quruma üzv dövlətlərin səfirliklərinin təşkilatçılığı ilə keçirilir.
Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb.
Filmin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media).
Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırıblar.



Teqlər:  Azərbaycan VII Avropa Film Festivalında Qırmızı bağla təmsil olunub



RƏYLƏR


Top xəbərlər