Məşhurlar yeni açılan "Taksim Kebap"da - FOTOSESSİYA

Məşhurlar yeni açılan "Taksim Kebap"da - FOTOSESSİYA
16:42 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Dəyərli anlarınızı ailəniz və dostlarınızla birgə türk mətbəxinin ləziz təamlarından dadaraq keçirmək üçün "Taksim Kabap" restoranına təşrif buyura bilərsiniz!

Milli.Az xəbər verir ki, Bakıda türk mətbəxinin sevilən təamlarını dada biləcəyiniz yeni ləzzət dayanacağı - "Taksim Kebap" restoranı fəaliyyətə başlayıb. Ötən gün bir-birindən dadlı yeməklərin təqdim edildiyi məkanın möhtəşəm açılış mərasimi baş tutub.

Prodüser Tarix Əliyevin təşkilatçılığı, Samir Bayramlının aparıcılığı ilə keçirilən gecədə əsas qonaq xalq artisti Aygün Kazımova olub. Yerli şou-biznesin sevilən simalarının iştirakı ilə keçirilən mərasimdə qonaqlara türk mətbəxinin sirləri açılıb.

Aygün Kazımova onun üçün xüsusi hazırlanan çörək və yeməklərin dadına baxıb. "Taksim Kebap" digər qonaqların da ağız dadını oxşayıb.

Restoranın ümumi meneceri Zafer Yalçın bildirib ki, "Taksim Kabap"da yüksək keyfiyyət və münasib qiymətlər mövcuddur:

"Restoranımız 150 nəfərlikdir, iki kabineti var. Məkan səhər saat 9:00-da açılır, gecə 04:00-ə kimi fəaliyyət göstərir. Milli türk yeməklərini müştərilərimizə təqdim edəcəyik. Başqa şirkətlər xidmət və keyfiyyətə önəm verir. Bizdə isə xidmət, keyfiyyət və münasib qiymət əsasdır. Bu, Bakıda ilk şöbəmizdir. İnanırıq ki, yeni şöbələrimizi açacağıq".

Əzizlərinizlə qonaq ola biləcəyiniz məkanda sizə kababla yanaşı, ən müxtəlif ət yeməkləri, salatlar, dönər, lahmacun, şirniyyat və təbii ki, türk qəhvəsi təqdim ediləcək. 

Bakı. Süleyman Sani Axundov küç., 249E, 249F (Mərkəzi Seçki Komissiyasının yaxınlığı)

+99451 7105858. 99412 5626161

@taksim_kabap_baku







Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/489295.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR