Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Saakaşvilinin daha bir adamı vəzifədən getdi

Saakaşvilinin daha bir adamı vəzifədən getdi

Date: 14 November 2016 16:52

Ukrayna Milli Polisinin rəhbəri Xatiya Dekanoidze istefaya gedib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı "Obozrevatel" portalı özünün etibarlı mənbələrinə istinadən yayıb.

Dekanoidzenin vəzifələrinin icrasını müvəqqəti olaraq onun birinci müavini Vadim Troyan icra edəcək.

Qeyd edək ki, Dekanoidze 2007-2012-ci illərdə Gürcüstan Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rektoru olub. O, Saakaşvilinin ən yaxın tərəfdarlarından sayılır. Dekanoidze keçən ilin noyabrında Ukrayna polisinin rəhbəri vəzifəsinə gətirilmişdi.

Milli.Az


Tags:  Saakaşvilinin adamı vəzifədən getdi

RƏYLƏR


Top news