Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

26 yaşlı futbolçu karyerasını başa vurdu

26 yaşlı futbolçu karyerasını başa vurdu

Date: 14 November 2016 16:57

"Zenit"in yetirməsi olan Basel Abdulfəttah tarixi vətəni Suriya millisinin şərəfini qorumağı qərara almışdı. İlin əvvəlindən sənədləşmə işlərini həll etməyə çalışan 26 yaşlı yarımmüdafiəçi noyabrın əvvəlində verdiyi açıqlamada bu istəyinin baş tutmadığını bildirmişdi.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Abdulfəttah bu günlərdə karyerasını başa vurduğunu da elan edib.

"Peşəkar futbol mənim üçün başa çatdı. Hərdən dostlarımla həftədə bir neçə dəfə Peterburqun qapalı manejlərində qaçıram. Bir şey qazanmağıma imkan verən sevimli növümə minnətdaram. Ağlım işlədi ki, pullarımı şübhəli şeylərə sərf etmədim. Ev və maşın da aldım, həyat yoldaşıma biznes üçün ilkin kapital da verdim. İndi biznesi birlikdə inkişaf etdiririk. Kiçik qardaşım "Zenit" futbol akademiyasında məşq edir. Ona məsləhətlər verirəm ki, mənim səhvlərimi etməsin. Uşaq məşqçisi olmaq planım var", - Abdulfəttah qeyd edib.

Milli.Az


Tags:  yaşlı futbolçu karyerasını başa vurdu

RƏYLƏR


Top news