Ağstafada 3 avtomobil toqquşub, xəsarət alanlar var

Ağstafada 3 avtomobil toqquşub, xəsarət alanlar var
16:57 14 Noyabr 2016
191 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağstafa. 14 noyabr. REPORT.AZ/ Ağstafa rayonunda ağır yol qəzası baş verib. 
"Report"un Qərb bürosu xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, üç avtomobilin toqquşması nəticəsində 2-si kişi, 4-ü qadın olmaqla 6 nəfər xəsarət alıb. Yaralılar - Vaqif Ələkbərov, İman Məmmədov, Rahile Poladova, Ceyran Poladova, Aybəniz İsrafilova, Hürü Bayramova Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agstafada-3-avtomobil-toqqusub-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR