Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Angela Merkelin partiyası Almaniyanın prezidenti postuna Frank-Valter Ştaynmayerin namizədliyini dəstəkləyib

Angela Merkelin partiyası Almaniyanın prezidenti postuna Frank-Valter Ştaynmayerin namizədliyini dəstəkləyib

Date: 14 November 2016 17:02

Bakı. 14 noyabr. REPORT.AZ/ Almaniya kansleri Angela Merkelin başçılıq etdiyi Xristian-Demokratik İttifaqı Almaniya Sosial Demokrat Partiyasının (SDP) sədri Ziqmar Qabrielin müvafiq təklifini qəbul edib.
"Report" "Vzqlyad" internet-qəzetinə istinadən xəbər verir ki, Almaniyada hakim koalisiyaya daxil olan partiyaların liderləri Frank-Valter Ştaynmayerin ölkə prezidentliyinə namizəd olaraq irəli sürülməsi barədə razılıq əldə ediblər.
Xatırladaq ki, daha əvvəl Xristian Sosial İttifaqının (XSİ) baş katibi Andreas Şoyer açıq şəkildə Ştaynmayerin federal prezident olmaq üçün yaxşı namizəd olduğunu bildirib. Hakim koalisiyaya daxil olan üç partiyanın sədrləri uzun müddət nəticəsiz müzakirələr aparsa da, noyabrın 13-də nəhayət, ortaq məxrəcə gəliblər. Noyabrın 14-də isə A.Merkel və XSİ sədri Horst Zeehofer öz partiyalarının rəhbərliyini vəziyyətlə əlaqədar məlumatlandırıb.
Xatırladaq ki, Almaniyada yeni federal prezident gələn il fevralın 12-də Federal Məclisdə keçiriləcək səsvermədə seçiləcək. Federal Məclisdə isə SDP/XSİ blokunun nümayəndələri üstünlük təşkil edirlər. Odur ki, vəzifəsindən ayrılacaq Yoahim Qauku əvəzləməyə ən real namizəd elə koalisiyanın namizədi, Almaniyanın hazırkı xarici işlər naziri Frank-Valter Ştaynmayerdir.


Tags:  Angela Merkelin partiyası Almaniyanın prezidenti postuna Frank-Valter Ştaynmayerin namizədliyini dəstəkləyib


RƏYLƏR


Top news