İstanbul Kitab Sərgisində Azərbaycan romanı Türkiyə türkcəsində oxuculara təqdim olunub

İstanbul Kitab Sərgisində Azərbaycan romanı Türkiyə türkcəsində oxuculara təqdim olunub
17:02 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ İstanbulda 35-ci beynəlxalq kitab sərgi-yarmarkası noyabrın 12-dən fəaliyyətə başlayıb.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və ölkəmizin Türkiyədəki səfirliyinin dəstəyi ilə sərgidə respublikamız da təmsil olunur.
Sərginin ilk günü Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Türkiyənin “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çap olunan Yusif Vəzir Çəmənzəminli “Qan içində. İki od arasında” kitabının təqdimat mərasimi keçirilib. Romanı Türkiyə türkcəsinə şair-yazıçı Yurtseven Şen çevirib.
Bildirilib ki, cari ildə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi ilə “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsinə başlanılıb. Azərbaycan kitabının, o cümlədən ədəbiyyatının təbliği və dünya oxucusunun sevimli klassiklərinə çevrilməsini hədəfləyən bu layihə çərçivəsində ilkin mərhələdə seçmə 10 əsərin Türkiyə türkcəsinə tərcüməsi, çapı və yayılması planlaşdırılıb.





Xəbərin orijinal ünvanı: https://report.az/edebiyyat/i-stanbul-kitab-sergisinde-azerbaycan-romani-turkiye-turkcesinde-oxuculara-teqdim-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR