Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

XİN: Aİ-nin Azərbaycan ilə əməkdaşlığa dair sazişin hazırlanmasına mandat verməsini alqışlayırıq

XİN: Aİ-nin Azərbaycan ilə əməkdaşlığa dair sazişin hazırlanmasına mandat verməsini alqışlayırıq

Date: 14 November 2016 17:07

Bakı. 14 noyabr. REPORT.AZ/ "Avropa İttifaqının Azərbaycanla hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması və bu istiqamətdə danışıqların aparılması üçün mandat verməsini alqışlayır və təqdir edirik".
"Report"un məlumatına görə, bunu Azərbaycan Xxarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 2015-ci ilin mayında Şərq Tərəfdaşlığı üzrə 4-cü Riqa zirvə toplantısında iştirakı çərçivəsində Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Yohannes Han ilə görüşüb, Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair saziş layihəsini ona təqdim edib və Azərbaycanın bu müstəvidə Avropa İttifaqı əlaqələri inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb. 
"Hesab edirik ki, yeni sazişin imzalanması Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji müstəvidə keyfiyyətcə yeni səviyyəyə qalxmasına və əlaqələrin hərtərəfli inkişafına əsaslı hüquqi çərçivə yaradacaq və töhfə verəcək", deyə H.Hacıyev bildirib. 


Tags:  XİN Aİ-nin Azərbaycan əməkdaşlığa sazişin hazırlanmasına mandat verməsini alqışlayırıq

RƏYLƏR


Top news