Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aygün Kazımova ilə Elton yenidən bir arada - FOTO

Aygün Kazımova ilə Elton yenidən bir arada - FOTO

Date: 14 November 2016 17:17

Xalq artisti Aygün Kazımova ilə müğənni Elton Hüseynəliyev yenidən birlikdə görüntüləniblər. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçılar açılış mərasimlərindən birində fotokameralara tuş gəliblər. 

Müğənnilər arasında bir müddət əvvəl xoşagəlməz hal yaşanmış və onlar küsmüşdülər. 

E.Hüseynəliyev A.Kazımova ilə bağlı: "Aygün xanım şəxsən özü mənə duet oxumaq təklif etmişdi. Məni istəmədən Aygün-Röya qalmaqalına qatdılar. Aygün xanımla münasibətimiz kəsildi. Mənim dostluq anlayışım başqadır. Dostuma deyə bilmərəm ki, düşmənimlə danışma. Qadın kişiyə zəng edib deməməlidir ki, düşmənimlə efirə çıxma", - sözlərini demişdi. 

E.Hüseynəliyev daha sonra açıqlama verərək, A.Kazımovaya qarşı yanlışlıq etdiyini söyləmiş və barışıq addımı atmışdı:

"Ölkənin ən böyük ulduzudur. Çoxu deyə bilər ki, əvvəl başqa danışırdı, indi başqa. Bir az zaman keçəndən sonra insan fikirləşir, səhvini başa düşür. Söz-söhbət başlayanda, barışıq üçün ilk kişi addım atmalıdır. Oturub gözləməyəcəm ki, xanım mənə zəng vursun. Aygün xanımla münasibət yaxşı deyildi, zəng vurdum, könlünü aldım. O da barışıq istəyimi geri çevirmədi".

Milli.Az






Tags:  Aygün Kazımova Elton yenidən arada FOTO

RƏYLƏR


Top news