Kreml rəsmisi: "Vladimir Putin hələlik Barak Obama ilə görüşməyi planlaşdırmır"

Kreml rəsmisi: "Vladimir Putin hələlik Barak Obama ilə görüşməyi planlaşdırmır"
17:17 14 Noyabr 2016
76 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ "Rusiya Prezidenti Vladimir Putinin ABŞ dövlət başçısı Barak Obama ilə görüşü hələlik planlaşdırılmır".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
D.Peskovun sözlərinə görə, prezidentlər noyabrın 19-20-də Peruda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində görüşə bilərlər.
O bildirib ki, V.Putin və B.Obama bu tədbirdə birlikdə iştirak etsələr, onların bir-biri ilə ünsiyyət quracağını istisna etmək olmaz.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kreml-resmisi-vladimir-putin-helelik-barak-obama-ile-gorusmeyi-planlasdirmir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR