Ştaynmayer Almaniya prezidenti postuna namizəddir

Ştaynmayer Almaniya prezidenti postuna namizəddir
17:17 14 Noyabr 2016
41 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniya Xarici İşlər Nazirliyinin başçısı Frank-Valter Ştaynmayer hakim Xristian-Demokratik İttifaqı və Xristian-Sosialist İttifaqı koalisiyasından ölkə prezidenti postuna namizəd göstərilib. Bu barədə məlumat "Die Zeit" qəzeti tərəfindən dərc edilib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Ştaynmayer almanlar arasında böyük nüfuza malik olsa da, hakim koalisiya uzun müddət ərzində prezident postu uğrunda namizəd barədə razılığa gələ bilmirdi. Frank-Valter Ştaynmayerin əsas rəqibləri Baden-Vyurtemberq federal torpağının baş naziri Vinfrid Kreçman və Almaniyanın maliyyə naziri Volfqanq Şoyble idi.

Qeyd edək ki, Almaniyada növbəti prezidentin seçkiləri 2017-ci ilin fevralında keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/489335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR