Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Toyundan borclu çıxdı, oğurluq elədi - 8 İL HƏBS

Toyundan borclu çıxdı, oğurluq elədi - 8 İL HƏBS

Date: 14 November 2016 17:19

Toyundan sonra borclarını ödəyə bilməyib oğurluq etməkdə təqsirləndirilən Niyaz Fərəməzov və onun tanışları Namiq Pirverdiyev və Semran İlyasovun məhkəməsi yekunlaşıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hokmü ilə N.Fərəməzov 8 il, N.Piriverdiyev və Semran İlyasov hər biri 7 il müddətinə azadlıqdan məhrum edilib.

 Qeyd edək ki, 24 yaşlı Niyaz Murad oğlu Fərəməzov və tanışları - şəhər sakinləri Namiq Pirverdiyev və Simran İlyasovla görüşərək oğurluq etmək fikrində olduğunu bildirib və bu işdə onlardan kömək istəyib. Beləliklə, oktyabrın 5-də Niyaz Fərəməzov adıçəkilən şəxslərlə əlbir olaraq yaxın qohumu Fərqanə İbrahimovanın evindən qızıl əşyaları oğurlayıb.

 

Qız qaçırdıb özünə toy edən Niyaz Fərəməzov toy borclarını da ödəyə bilmədiyi üçün bu yola əl atdığını bildirib.


Tags:  Toyundan borclu çıxdı oğurluq elədi İL HƏBS


RƏYLƏR


Top news